ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ tərəfindən heç bir ciddi təşəbbüs irəli sürülməyib

İranın xarici işlər naziri deyib ki, sanksiyaların ləğvi və nüvə anlaşmasına qayıdışa dair ABŞ tərəfindən heç bir ciddi və diqqətəlayiq təşəbbüs irəli sürülməyib.

Hüseyn Əmir-Abdullahian Vyanada sanksiyaların ləğvinə dair müzakirələrdən olan son xəbərlər barədə deyib ki, qarşı tərəfin əməli İran İslam Respublikası üçün mühümdür və sanksiyaların aradan qaldırılması sahəsində amerikanların real rəftarları duyulacaq tərzdə müşahidə edilməlidir.

Əmir-Abdullahian Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malinin “Vaşinqton nüvə anlaşmasının bərpası üçün Tehrana şərtlər təyin edib” iddiası haqda isə belə deyib: İran Amerika tərəfindən heç bir önşərt almayıb və ümumiyyətlə, önşərt məsələsindən söz getmir. Müzakirələr ekspertcəsinə nöqteyi-nəzər və yekun nəticəsi, İran İslam Respublikasının maraqlarının təmini və yaxşı bir razılaşmaya nailolma olacaq bir razılaşma əsasında irəliləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button