ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ səfir Rikerin Minsk Qrupunun həmsədri təyinatı ilə bağlı Azərbaycanın tənqidini rədd edir

 Dövlət Departamenti Bakının Filip Rirerin Minsk Qrupunun həmsədri  təyin edilməsi ilə bağlı  tənqidi rədd edib,  TURANın Vaşinqton müxbiri xəbər verir.

“…Dövlət katibi Cənubi Qafqazda sülhün təşviqinə sadiqliyimizi vurğulamaq üçün səfir Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib”, – Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel cümə axşamı brifinq zamanı TURAN müxbirinin sorğusunda bildirib.

“Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli və  çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla əməkdaşlıqda Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik”, – deyə Patel əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin daha əvvəl dərc etdiyi şərhdə bu təyinat «bölgədəki post-münaqişə reallığından uzaq yanaşma» kimi qiymətləndirilib.

Patel, öz növbəsində qeyd edib ki, Rikerin seçimi həm də ABŞ-ın Gürcüstanla bağlı Cenevrə Beynəlxalq Məsləhətləşmələrinə sadiqliyini vurğulayır, “burada biz Rusiyanı 2008-ci il atəşkəs sazişi çərçivəsində götürdüyü öhdəliklərə görə cavabdehliyi davam etdirəcəyik”.

Səfir Riker həm ATƏT-in Minsk Qrupunda, həm də Cenevrə Beynəlxalq Məsləhətləşmələrində ABŞ-ı təmsil edəcək, Patel bildirib.

Azərbaycanda səfir olmuş (1994-1997) Riçard Kozlariç kimi Cənubi Qafqaz üzrə ekspertlər üçün Rikerin təyinatı “ABŞ-ın regionda iştirakına işarədir”.

“Azərbaycan və Ermənistan üçün bu, birbaşa danışıqlardan yayınmağa davam edən cəhdlərin qəbuledilməz olduğuna işarədir”, – o TURANın müxbirinə bildirib.

“Cənubi Qafqazda Fil Riker kimi yüksək rütbəli diplomatın olması vacibdir. Bakı ilə İrəvan arasında ciddi, birbaşa danışıqların vaxtı çatıb. Phil Reeker sadəcə olaraq hər iki tərəfə təzyiq göstərə biləcək adamdır “- o, qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button