ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həllində israrlıdır

SəhərAzəri-nin məlumatına əsasən, amerikalı diplomat qeyd edib ki, münaqişə həll olunmayıb, çünki Dağlıq Qarabağın statusu hələ müəyyənləşdirilməyib. “Biz Minsk Qrupunun həmsədri kimi işləyəcəyik, bu mövqelərdən vəziyyətin gərginliyini azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, qalan məsələləri, müharibədən sonrakı vəziyyəti və digər məsələlərin yekun tənzimlənməsini nəzərdən keçirə bilək”, – deyə səfir əlavə edib.

İki gün öncə Armen-Press Xəbər Agentliyi ABŞ Dövlət Departamentinin regionda vəziyyətlə bağlı bu agentliyin sorğusuna cavabını dərc edib və bunu “Dövlət Departamentinin bəyanatı” adlandırıb.

“Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez substantiv danışıqlara qayıtmağa çağırır”, – sorğuya cavabda bildirilir.

Ermənistan Azərbaycanla sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışmış və son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir.

ATƏT-in Minsk qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi Madrid prinsipləridir: bu layihədə ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddaratını həll etmək müddəası da öz əksini tapıb.

Azərbaycan isə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.

Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib və Qarabağın statusu məsələsi mövcud deyil.

Bununla belə ABŞ Dövlət Departamenti bu həftə Ermənistanı və Azərbaycanı “ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında” danışıqlara başlamağa səsləyib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button