ArxivXəbər lentiXəbərlər

ABŞ kəşfiyyatı Qarabağla bağlı dəhşətli proqnoz verdi

Tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında göstərilir. Hesabatı agentliyin direktoru Daniel Kouts bu gün Konqresə təqdim edib.

“Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyətinin olmaması, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır”-RİA Novosti agentliyin hesabatından sitat gətirir.(virtualaz)

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button