ArxivXəbər lentiXəbərlər

ABŞ-ın yeni səfiri Bakıya niyə gəlmir? – AÇIQLAMA

ABŞ ötən ilin dekabrında Robert Çekutanı Azərbaycana səfir təyin etsə də o, hələ də fəaliyyətə başlamaq üçün ölkəmizə gəlməyib.

Buna səbəb nədir, yeni səfir Azərbaycana nə zaman gələcək?

Bu suallara cavab tapmaq üçün ABŞ-ın Bakıdakı səfirliyi ilə əlaqə saxladıq.

Səfirliyin rəsmisi Mehdi Hüseynquliyev AzVision.az-a açıqlamasında R.Çekutanın namizədliyinin Senat tərəfindən təsdiq olunduğunu söyləyib. Bildirib ki, onlar da yeni səfirin gəlişini səbirsizliklə gözləyirlər:

“Hazırda biz də səbrsizliklə gözləyirik ki, cənab Çekuto tezliklə Azərbaycana gələcək”.

Səfirlik rəsmisi R.Çekutanın Bakıya gələcəyi vaxtın dəqiq bilmədiyini, onun yəqin ki, tezliklə ölkəmizə təşrif buyuracağını sözlərinə əlavə edib.

“Hazırda onu Müvəqqəti İşlər Vəkili Derek Hoqan əvəz edir”.

Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Çekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.

R.Çekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2003-2007-ci illərdə Berlində işləyən Çekuta burda ABŞ İqtisadi Nazirliyinin vəkili vəzifəsini daşıyıb. 2007-ci ildə Tokioya gəlib, 2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət Departamentinə təyinat alıb.

R.Çekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.

2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Bob Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin, Qlobal İdarəetmə və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi alıb.

Hafiz Əhmədov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button