ArxivXəbər lentiXəbərlər

Abgül Süleymanovun 40 yaşı tamam oldu – Foto

Müxtəlif ittihamlarla 11 il həbsə məhkum edilən mübariz ruhani Hacı Abgül Süleymanovun bu gün doğum günüdür.

İslamazeri.az-ın verdiyi xəbərə görə, Abgül Süleymanov 1976-cı ildə, avqustun 7-si Bakı şəhərində dünyaya gəlib. Cavan yaşlarından dinə maraq göstərən ruhani 24 yaşından təbliğatçılıqla məşğul olub.

Əhli-beyt (ə) təfəkkürünün cəmiyyətdə aşılanması və əzadarlıq mədəniyyətinin yaşanması üçün ruhani hər həftə təşkil olunan “Cəfəri” heyətini və daha sonra “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyini təsis edir.

Abgül Süleymanov ölkədə ən böyük tədbir salonlarında milli-mənəvi dəyərlərin təbliği, o cümlədən Peyğəmbər və Əhlibeytinin mövlud və şəhadət mərasimlərinin təşkilinə çalışır.

Bakı bulvarı, “Sinema Klub”-da mövlud mərasimi

Azərbaycanda dini bilgilərə yiyələnən Hacı Abgül Süleymanov daha sonra təhsilini artırmaq üçün İranın Qum şəhərinə yollanır. 

İsrail rejiminin cinayətlərinə, Azərbaycanda azan qadağasına, məscidlərin sökülməsi və sonuncu təhsil sistemində hicab qadağasına etirazlarda Hacı Abgül Süleymanov öndə gələn şəxslərdən biridir.  Ölkəmizi dəfələrlə xaricdə keçirilən tədbirlərdə təmsil edib.
İsrail rejiminin Mavi Mərmərə gəmisinə hücumundan sonra İstanbulda keçirilən tədbirdə, o cümlədən Milli Görüş lideri Nəcməddin Ərbəkanla bağlı tədbirlərdə iştirak edib.

O, həmçinin düşmənə ağır itkilər vuran Şəhid Mübariz İbrahimovun tanınmasında böyük xidmətə sahibdir.
Ləğv edilmiş MTN onu qaynatasının evində həbs edir və barəsində müxtəlif ittihamlar səsləndirir. Ruhani bütün ittihamları rədd edir və həbsini hökümətə qarşı çıxışları və fəaliyyətilə əlaqələndirir.
Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub. 
Abgül Süleymanova qarşı məhkəmədən sonra da təzyiqlər davam edir. Hazırda həbs olunan MTN-nin müstəntiqi və İstintaq İdarəsinin Şöbə rəisi Vüsal Ələkbərovun tapşırığı ilə o, əvvəlcə 13 saylı CÇM-nə, oradan isə qapalı hbəsxanaya göndərilir. MTN-dki cinayətkar şəbəkənin ifşasından sonra, ruhaniyə qarşı təzyiqlər azalır və hazırda o, 11 saylı CÇM-də həbs həyatı yaşayır.
İslamazeri.az-ın Redaksiyası və MMDİB-nin üzvləri  ruhaninin ad gününü təbrik edir, Allahdan ona can sağlığı və müvəffəqiyyətlər diləyir.
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button