ArxivNardaranXəbər lentiXəbərlər

Abbas Hüseynə məktub: “Dəqiq bilirəm, sən günahsızsan…” ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Bu layihəmizdə Nardaran məhbusu Abbas Hüseynə yazılan ikinci məktubu oxucularımıza təqdim edirik. Məktubu Abbas Hüseynin bacısı qızı Zeynəb yazıb:

“Dəqiq bilirəm, sən günahsızsan…”

Salam mənim əziz və mehriban dayım. Bu gün ilk dəfədir ki sənə məktub yazıram. Çox sevindim ki bir gün mənim ürəkdən gələn yazılarımı sən oxuyacaqsan, sonra deyəcəksən ki, maşallah, mənim Zeynəbim necədə böyüyüb.

Canım dayım, bilmirəm heç nə yazım, nədən yazım, zaman keçdikcə sənsizlikdən çox darıxıram. Hər nə qədər yanımda olmağını istəsəmdə amma əlimdən dua etməkdən başqa heç nə gəlmir. Neçə ildir  ki, səni görmürəm, səsini belə çox az eşidirəm…

Bəzən niyə belə oldun və ya oldunuz deyirəm, düşünürəm düşündükcə cavab tapmağa çalışıram. Bəzən o niyələrim cavabsız qalır,  bəlkə də tam dərk edə bilmirəm niyə, nə üçün yanımda deyilsən, ancaq sən bizlər üçün çox uzaqlardasan, əslində heç də uzaqlarda deyilsən, hər zaman bizim yanımızdasan, sadəcə o divarlardır səni məndən, bizlərdən uzaqlaşdıran. Axı bizlərin nə günahı var?  Rəbbim səni qorusun və tezliklə yanımıza gələsən. Kaş ki dünyada pislik deyə bir şey olmasaydı, amma pislik olmasaydı sənin kimi haqqın tərəfdarları da olmazdı.

Allahım tezlikle səni bizdən ayıran o divarları aradan qaldıracaq və mən buna əminəm ki,  gələn bayramı inşallah birlikdə qeyd edəcəyik. Sənin kimi haqqı deyənlər öz sevdiklərinə, öz yaxınlarına  qovuşacaq, nə yaxşı ki, mənim dayımsan.

Səni çox sevən Zeynəbin.

2018-4 iyun”.

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button