ArxivXəbər lentiXəbərlər

AB diplomatı Azərbaycana sərt mesaj verməyə çağırılır

Sabah – fevralın 9-da Avropa Birliyinin (AB) baş diplomatı Federika Mogherini Brüsseldə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək, nazirlər səviyyəsində AB-Azərbaycan dialoqu başlanacaq. “Azərbaycan enerji əməkdaşlığını müzakirə etməyə can atır, amma AB insan haqları məsələsini önə çəkməlidir”, – “Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün təbliğat direktoru Philippe Dam belə yazır.
Qurum təmsilçisi bu görüşün müxalifət lideri İlqar Məmmədovun həbsinin beşinci ildönümündən bir neçə gün sonraya düşməsinə diqqət çəkir. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, o, həbsdədir. Üstəlik, son illər onlarla fəal və jurnalist də saxlanıb, vətəndaş cəmiyyətinin işini mümkünsüz edən qanunlar qəbul olunub.
“Ancaq AB yenə də heç nə olmamış kimi davranır. Bu həftə Avropa İnvestisiya Bankı (AİB) Trans- Adriatik Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro kredit ayırıb. Azərbaycanın dövlətə məxsus SOCAR şirkəti bu layihədə 20 faiz paya malikdir. TAP Xəzər qazını Avropaya nəql edəcək Cənubi Qaz Dəhlizinin bir hissəsidir. Bu qərar AİB-in, həmin dəhlizin TAP-ı Azərbaycan sahillərinə birləşdirəcək daha bir hissəsini dəstəkləməsinə yol aça bilər. Görünür, AİB Azərbaycanda anti-korrupsiya fəallarının və ölkənin mədən sənayesinin monitorinq aparanların təqibini vecinə almır.
AİB AB-nin bankıdır və qərarlarını AB-nin demokratiya və insan haqlarının irəli aparılmasını nəzərdə tutan bağlı xarici siyasət prinsiplərinə uyğun verməlidir. Reallıqda isə, qaz məsələsi müzakirəyə çıxarılanda AB-nin Azərbaycandakı təzyiqlərlə bağlı narahatlığı nəzərə alınmır”, – müəllif yazır.
Filip Dam-ın fikrincə, Mogherini Azərbaycana göstərməlidir ki, tənqidçilərə amansız divantutmanın, Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarlarını nəzərə almamasının ciddi siyasi fəsadları ola bilər.
“Brüssel Bakıyla yeni siyasi və iqtisadi tərəfdaşlıqla bağlı danışıqları davam etdirir. Amma daha öncə Bakının təzyiqləri dayandırmaq yönündə, heç olmazsa, bəzi addımlar atmasında, məsələn, Məmmədovu buraxmasında təkid etməlidir. Tərəfdaşlıq həqiqətən də daha çox iş və dialoqa apara bilər, amma bu, həbsə atılmış, yaxud məcburi mühacirətə yollanmış fəallara böyük ümid vermir.
qafqaz.ir rakurs.tv-dan aldiyi malomata gore.Azərbaycan aprelə növbədənkənar seçki təyin edib, bu qəfil addım tənqidçilərin daha artıq sıxışdırılmasıyla sonuclana bilər. Mogherini Məmmədyarova mütləq deməlidir ki, Azərbaycanın ədalətsiz yerə həbs olunanları buraxmaması və vətəndaş cəmiyyətinə məhdudiyyətlərə son qoymaması hər hansı yeni tərəfdaşlıq sazişinə, eləcə də artıq repressiyayla ‘çirklənmiş’ kəmərə AB-nin dəstəyinə təhlükə yaradır”, – HRW təmsilçisi vurğulayır.
Hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etmirlər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər. «Human Rights Watch», «Freedom House», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button