“Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və Blinkenin fikirlərini əks etdirmir”
ABŞ Dövlət Departamenti “Politico” nəşrinin oktyabrın 14-də yaydığı məqaləyə reaksiya verib.
Dövlət Departamenti nəşrin dövlət katibi Entoni Blinkenə istinad edərək yaxın həftələrdə Azərbaycanın Ermənistana hücum hazırladığını iddia edən məqaləsini təkzib edib.
“Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”, – deyə Dövlət Departamentinin sözçüsü bildirib.