ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Nəzirlər də korrupsiya yeminə çevrilir?

Azərbaycan Respublikası məscidlərində nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi barədə məlumat yayılıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Məlumatda əlavə olaraq deyilir ki, qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məlumatda hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarətin həyata keçirilmədiyi deyilsə də ötən gün artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi barədə məlumat yayılıb. Eyni zamanda, məscidlərdə və digər ibadət ocaqlarında çalışan işçilərin maaşlarının ödənmədiyi bildirilib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button