ArxivXəbərlər

İlin sonunda bahalaşma olacaq – İDDİA

“Əslində, az da olsa, enerji daşıyıcılarının qiymət artımından sonra bahalaşmanın fəsadları hiss olunur. Amma bizdə rəsmi statistika ümumi inflyasiyanı hesabladığına görə, ayrı-ayrı mal və məhsul xidmətləri üzrə inflyasiya tam da aydın görünmür”.

Bunu REAL Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli enerji daşıyıcılarının qiymət artımından sonra ərzaq mallarının bahalaşacağına dair səslənən iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən böyük problem ərzaq inflyasiyasıdır, çünki rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin qazancının 50-55 faizi, qeyri-rəsmi rəqəmlərə görə isə, 70-75 faizi məhz ərzaq alınmasına sərf edilir:
“Azərbaycanda, ayrılıqda, ərzaq inflyasiyası hesablanmadığına görə, bu rəqəmin dəqiq hansı səviyyədə olduğu haqqında, təəssüf ki, məlumat yoxdur. Çünki digər ölkələrdə bu cür hesablamaları alternativ qurumlar da aparır, Azərbaycanda isə rəqəmləri Dövlət Statistika Komitəsi açıqlayır. Bizim də ayrı mənbələrimiz olmadığına görə, alternativ inflyasiyanı hesablamaq imkanımız məhduddur. Amma, bəzi indiqatorlara baxdıqda, görürük ki, onların göstəriciləri ölkədəki ümumi və rəsmi inflyasiya səviyyəsindən həmişə, ən azı, 2-3 dəfə artıq olur. İlin ilk rübündə rəsmi inflyasiyanı 2-3 faiz civarında açıqlayıblarsa, ərzaq inflyasiyası, ən azı, 6-7 faiz civarında olub. Qiymət artımı çox cuzi getdiyindən əhali bunu, birbaşa, cibində kəskin şəkildə hiss eləmir.
Bu gedişlə, xırda qiymət artımı, çox güman, ona gətirib çıxaracaq ki, ilin sonunda rəsmi inflyasiya rəqəmləri 2013-cü ilə nisbətən yüksək olacaq”./aktual.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button