“İmam Sadiq (ə) məndən soruşdu: Qum şəhərinin niyə “Qum” (qalx, qiyam et) adlandırılmasını bilirsənmi? Dedim: Allah və Peyğəmbəri yaxşı bilər! İmam (ə) buyurdu: Səbəbi budur ki, oranın əhalisi Muhəmmədin (s) xanədanının Qaiminin ətrafına toplaşacaq, onunla birgə qiyam edəcək, yolunda müqavimət göstərəcək və ona yardım edəcəklər.” (“Biharul-ənvar”, c.60, səh.216, hədis 38.)
“Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar.” (“Kamiluz-ziyarat”, səh.536.)
4. Həzrət Məsumənin (s.ə) şərif türbəsinin sayəsində Qum şəhəri elm və fəzilət ocağına çevrilir. Bu barədə İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə belə buyurulur:
“Qumun torpağı müqəddəs, əhalisi bizdən və biz də onlardanıq. Onlara pislik fikrinə düşən hər hansı zalım hökmdar tez də cəzalandırılar. Bu isə onların (Qum əhalisi) arasında xəyanət olmayana qədərdir və bu baş verdikdə, Allah onlara zalımları hakim edər. Bilin ki, qumlular Qaimimizin dostları, haqqımızın carçılarıdır!” Sonra Həzrət üzünü səmaya tutub dedi: “İlahi, onları fitnə-fəsaddan qoru, azğınlıqlardan uzaqlaşdır!” (“Biharul-ənvar”, c.60, səh.218, hədis 49.)