ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zalımı zalım edən məzlumun özüdür

Bağşılayan və Mehriban Allahın adı ilə.

Allahın salamı, rəhmət və bərəkəti Azərbaycan xalqının üzərinə olsun.
Dünyanın keşməkeşli və zülmlə dolu olan çağında yaşayırıq. Günbəgün zülm çoxalır, haqq səs boğulur və məzlumların sayı artır. Görəsən bu qədər zülmün, fəsadın artmasında səbəb nədir? Yaxud zalımlara bu enerjini verən nədir? Niyə kütlənin beli sındırılır? Burada səhv məzlumdadı, yoxsa zülmkarda?
Hərbi xidmətdən nümunə.
Sadə bir misalı xatırlayaq. Hərbi xidmətdə olanlar bilir ki, oradakı əmrlər kütləvi xarakter daşıyır. Məsələn, bölüyə “Çök!” əmri verilərsə, hamı buna tabe olmalıdır. Bəzən də manqa komandirləri öz keflərindən, bekarçılıqdan bölüyə “Döyüşə, sürünərək irəli!” əmri verir. Bu zaman əsgərlərdən biri yaxud bir neçəsi etiraz edərsə, çavuş qorxur. Görür ki, etiraz var. Özünü birtəhər vəziyyətdən çıxarır və gələcəkdə bu bölüklə yersiz davranışlara yol vermir. Bir sözlə, situasiyanı dəyişmək mümkündür və bu baş verir. Deməli məzlumluğa namizəd olan tərəf öz cəsarətiylə zülmü özündən uzaqlaşdırır və məzlum adını almır.
İnsanların əksəriyyətinin özgüvəni zəifdir.
Tarixdə hər zaman bu hal mövcud olmuşdur. İnsanların çoxu həyatda bir-birlərini təqlid edirlər. Cammat işləyir, mən də işləyirəm, camaat bahalı maşın alır, mən də alım, camaat geyiminə çox diqqət edir, mən də etməliyəm, camaat filan mobil telefondan istifadə edir, mən də etməliyəm və s. kimi belə hallar olduqca çoxdur. Lider və təfəkkür sahibləri istisnalardır, şübhəsiz. Dünyanı gedişatını idarə edən də bu istisnalardır. Kütlə də onların arxasıyca getmişdir.
Deməli insanların çoxu qorxaq və zəif əqidəlidir. İslam dininə mənsub olanların da çoxunun Allaha inamı və güvəni yetərincə deyildir. Çünki İslam dininə görə bir qövm, yaxud cəmiyyət necədirsə, Allah da onlara layiq başçı təyin edər. Yəni əslində özləri buna layiqdir. Belə ki, bir qövm öz taleyini dəyişmək istəmədikcə Allah da onların taleyini dəyişməz.
Sovet hökuməti Azərbaycan xalqının müctəhid və alimlərinə qarşı xüsusi amansızlıq göstərmişdir. Güllələnmələr, həbslər, sürgünlər saysız-hesabsız olmuşdur. Çünki bu müsəlman xalqı da özünə qul etmək fikrindəydi. Şübhəsiz ki, xalqın liderlərini və fikir sahiblərini aradan götürməliydi. Bu işləri gördükdən sonra 70 ilə yaxın bir dövrdə ateist bir rejim quruldu. Müsəlman xalqı şərabxor, donuzla qidalanan murdar və kafir rejim idarə etməyə başladı. Xalqı öz kimliyindən döndərməyə çalışdılar. Haqqı tapdaladılar. Böyük zərbələr vurdular xalqın kimliyinə və şəxsiyyətinə. Amma istədiklərinə tam nail ola bilməlidər. Xalqın genetikasında olan haqqa bağlılığı tam aradan apara bilmirdilər. Allahın izni ilə xalq öz kimliyini imkanı daxilində qoruyurdu. Allaha şükürlər olsun ki, Azərbaycan xalqı müstəqillik əldə etdi bu Allahsız rejimdən. Beləliklə xalq öz kimliyinə doğru ciddi bir dönüş etdi və etməkdədir. Öz milli- mənəvi dəyərlərinə dərindən yiyələnməyə başlamaq, İslami – elmi hövzələrdə təhsil dalınca getmək və s. kimi ürəkaçan addımlar atılmağa başladı.
İran İslam İnqilabının Rəhbəri İmam Xomeyni(r.ə) buyurmuşdur:
“Əgər hər hansı müsəlman xalq öz müqəddəratını özü həll etmək istəyirsə, öz qərarlarını özü vermək istəyirsə, o zaman imperialist və qaniçənlərin kuklası olmamalı və İslamın buyurduğu bir dövlət qurmalı və rəhbərlərini də özləri seçməlidir. Çünki İslam dinində siyasət dindən ayrı deyil, əksinə iç-içədir. İslam dininin hökmləri tam kifayətdir ki, qurulan müsəlman dövləti idarə etsin. Bunun üçün başqalarından qanunvericilik bazaları idxal etməyə ehtiyac yoxdur.”
İslam dininin nəzəri.
Dinimizin firuiddin, yəni dinin budaqları deyilən hissəsisndə yer alan bəzi hökmlərə baxaq. Hansı ki, bu hökmlər hər bir müsəlman üçün vacibatdır.
– Əmr be Məruf (Haqqa dəvət)
– Nəhy əz Munkər (Batildən uzaqlaşdırma)
– Təvəlla (Allahın dostuyla dost olmaq)
– Təbərra (Allahın düşməniylə düşmən olmaq)
Belə aydın olur ki, müsəlman cəmiyyətə qapalı ola bilməz. Allah buna icazə vermir. Haqqı deməli və batildən uzaqlaşdırmalıdır çevrəsini. Təbii ki, bunun fiqhi və şəri tərəfləri mövcuddur ki, onları izah etməyə ehtiyac yoxdur bu məqamda. Yəni müsəlman ictimai bir xadim olmalı və imkanı daxilində ətrafına xeyir verməlidir. Haqq pozuntusuna dair bu vəya digər formada reaksiya verməlidir. Çünki o haqqa bağlıdır və haqqı təbliğ etməlidir. Bundan əlavə Allahın dostuyla dost, düşməni ilə düşmən olmalıdır. Əlbəttə bu da əqidənin möhkəmliyindən və haqqa olan bağlılıqdan xəbər verir. Zəiflik yanlışa doğru yaxınlaşmadır.
Moizələrdən birində deyilmişdi ki, Qiyamət günü İmam Huseynin(ə) şəhadəti ərəfəsində qapısını bağlayıb öz işiylə məşğul olanlar, yəni bu mühüm hadisədə bitərəf olanlar Yezidin qoşunu qismində hesab verəcəkdir. Çünki susmaq razılıq əlamətidir. Reaksiya verməli idilər. Ya haqq cəbhədə olmalı idilər, ya batil. Səslərini çıxarmamaqla avtomatik batil cəbhəsinə düşdülər.
Dinimizdə kəlmeyi şəhadət inkarla başlayır. “Lə iləhə illəllah”. Allahdan başqa digər məbudlara yox deyib, daxil oluruq haqq yaradılış dininə. Məsumlardan hədis var ki, “Din haqqa sevgi, batilə nifrətdən başqa bir şey deyildir”. İmam Huseyn(ə) ziyarətnaməsində batilə lənət oxuyuruq, sonra ziyarətnamə deyilir.
Müsəlmanlar nə istəyir?
Dünya yaradılandan Qiyamətədək başda Adəm (ə), daha sonra Əşrəful-Ənbiya(s) və məsum imamlarımız(ə) olmaqla müsəlmanların tarixdə bir istəyi olmuşdur. O da haqqın bərqərar olması və insanların axirət həyatına hazırlaşmaları üçün zəminə hazırlamaq və haqqı, həqiqi yaradılışın anlamını izah etmək. Əlbəttə bu yolda bəlkə milyonlarla şəhid verilmişdir dünya yaradılandan bu tərəfə və hal-hazırda da verilməkdədir. Şeytan (l.ə) Allahla düşmənçiliyə qalxmış və and içmişdir ki, sənin bəndələrini yoldan çıxaracağam. Əlbəttə ki, sadiq bəndələr istisnadır. Bunun üçün də şeytan(l.ə) insanlardan özünə köməkçilər seçmişdir. Batili, köləliyi, zülmkarlığı, haram əyləncəni, pozğunluğu, əxlaqsızlığı, haqsızlığı və s. murdar xüsusiyyətləri təbliğ etməklə insanların yadından Əbədi Axirət aləmini yaddan çıxarmaq, insanların başlarını gündəlik çörək pulu qazanmağa qarışdırmaq, qul kimi idarə etmək, təkəbbür və hegemonluq etmək, insan haqlarını məhv etmək, mənasız yaşayışa sürükləmək, qeyrətsizlik və ailə institutlarının dağılmasını təşkil etmək, hər şeyin bu dünyayla kifayətləndiyini təbliğ etmək, yaradılışın heyvani və mənasız bir yaradılış olduğuna inandırmaq bir sözlə insanları əbədi xöşbəxtlikdən uzaq tutmaq istəyirlər. Hədəfləri budur. Bunların da qarşısında müsəlmanlar dayanmışdır ki, insanları aldatmayın, onların zəif tərəfindən vurmayın, uçuruma aparmayın onları. Yazıqdır bu insanlıq. Əlbəttə ki, Allah öz nümayəndələri vasitəsilə haqqı çatdırmışdır. Seçim insanın öz əlindədir. Məsələ ondadır ki, bu batil inanclar hər zaman haqqın arxasında gizlənmiş, insanları tədricən aldadaraq öz tərəflərinə çəkmişlər. Haqqın atributlarını (namaz, halallıq, hicab, oruc, düzgün danışmaq və s.) yaddan çıxarmağa çalışmışlar. Hal- hazırda da bu kampaniya şiddətli bir şəkildə dünyada təbliğ olunur.
Sonuncu səmavi haqq kitabı Qurani Kərimdə dünyanın sadiq bəndələrə məxsus olduğu vurğulanmışdır. Yəni bu dünyada zülmün kökü bir gün kəsiləcəkdir. 12-ci İmam Mehdi (ə) vasitəsilə yer üzündə ədalət dövləti qurulacaq və ondan sonra Qiyamət günü baş verəcəkdir. Əlbəttə biz müsəlmanlar da bu dövrdə İmamın(ə) gəlişi üçün zəminə hazırlamalı və məqsədyönlü, ciddi olmalıyıq.
Hörmətlə, Vüsal Nadiroğlu
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button