24 noyabrda II Qarabağ mitinqi olacaq. Bu barədə mitinqin Təşkilat Komitəsinin üzvü, sabiq baş nazir Pənah Hüseyn bildirib.
Qarabağ Komitəsinin bugünkü iclası belə qərar qəbul edib. “- İclasda 24 noyabr tarixində Bakı şəhərində II Qarabağ mitinqinin keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq müraciəti qəbul olundu.- Qarabağ Komitəsi nümayəndə heyətinin Prezident İlham Əliyevə Qarabağ ətrafında yaranmış vəziyyətlə əlaqədar təkliflərlə bağlı görüş üçün müraciət etməsi məqsədəuyğun sayıldı. – ATƏT- in Minsk qrupu həmsədrlərinin səfirlikləri qarşısında piketlər keçirilməsi qərara alındı.- Milli Dirçəliş gününün 30 illiyi ilə bağlı Qarabağ Komitəsinin Dəyirmi Masa keçirməsi qərara alındı.- Qarabağ Komitəsinin təşəbbüs qrupu, dayaq dəstələri və dəstək qrupları haqqında təlimat qəbul olundu”.