ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda pensiyaçıların sayı azalır – Səbəb nədir?

Əmək pensiyasının minimum məbləği 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Sputnik. Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfərazalıb.
Pensiyaçıların azalması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, azalmanın əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır:

“Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq”.

İqtisadçı qeyd edib ki, azalmanın digər səbəbi saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb.
Onun sözlərinə görə, bu gün cəmiyyətlərin ən böyük problemi pensiyaçıların əhalinin yaş strukturunda faizinin qalxması yox, gənclərin artırılmasıdır. İnkişaf etmiş ölkələrin ən böyük problemlərindən biri pensiyaçıların əhalinin yaş strukturunda faizinin artmasıdır. Məsələn, bu gün Almaniya miqrasiya ilə bağlı qanunvericiliyi liberallaşdırır. Almaniya yüksək ixtisaslı işçi qüvvəsinin cəlbi üçün ölkəyə girişi və onlara vətəndaşlıq verməyi asanlaşdırır ki, hər il 400 min işçi ölkəyə gəlsin.

“Pensiyaçıların, yaşlı təbəqənin əhalinin yaş strukturunda faizinin artması arzumuz, istəyimiz deyil”, – deyə o əlavə edib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button