ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

7 nəfərin səlahiyyəti təsdiq olunub

Nigəhban Şurasının sözçüsü bildirib ki, 13-cü prezident seçkilərinə səlahiyyəti çatan yeddi namizədin adı qeyd olunmuş məktub, İran Daxili İşlər Nazirliyinə göndərilib.

 SəhərAzəri-nin məlumatına əsasən, Əbbasəli Kədxodayi qeyd edib ki, prezident seçkilərinə könüllülərin səlahiyyətinin araşdırılması bazar ertəsi günü Nigəhban Şurasında başa çatıb.

Kədxodayi vurğulayıb ki, Nigəhban Şurasının üzvləri bazar ertəsi günü bəzi könüllülər barədə qaranlıq cəhətlərə malik idilər ki, həmin şəxslərin çağırılması ilə onların izahatı dinlənilib.

Dünən gecə medialarda yayılan bir xəbərə görə, Seyyed Ebrahim Rəisi, Əlireza Zakani, Mohsen Rezayi, Mohsen Mehrəlizadeh, Səid Cəlili, Əbdonnaser Hemməti və Seyyed Əmir Hoseyn Qazizadənin səlahiyyətləri Nigəhban Şurası tərəfindən təsdiq olunub.

Bu siyahının təsdiq olunacağı halda, keçmiş parlament sədri Əli Laricani, birinci vitse-prezident Eshaq Cəhangiri, məclis üzvü Məsud Pezeşkiyan, kooperasiya, əmək və sosial rifah naziri Mohəmməd Şəriətmədari, Xatəmulənbiya(s.ə.s.) Qərargahının keçmiş komandanı Səid Mohəmməd, səlahiyyətləri təsdiq olunanlar arasında deyillər.

İranın 13-cü prezident seçkiləri qarşıdan gələn iyun ayının 18-də keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button