ArxivIslamXəbər lentiXəbərlər

60 şəhərdə “Hüseyn kimdir?” yürüşü

Livanda bir xeyriyyə qrupu İmam Hüseynin (ə) düşüncələri və davranışlarını genişləndirmək istiqamətində “Hüseyn kimdir?” adı altında xeyriyyə yürüşü icra edir.

Press TV-nin məlumatına görə, bu beynəlxalq təşkilat Məhərrəm ayı ərzində Livanda bir sıra xeyriyyə işləri görməklə məşğuldur və bu işi İmam Hüseyni (ə) yad etmək üçün həyata keçirir.

“Hüseyn kimdir?” hərəkatı dünya şiələrinin üçüncü imamı barədə insanları məlumatlandırmaq və onun ictimai ədalət və birlik sahəsindəki müraciətini yaymağı qarşıya məqsəd qoyub.

“Hüseyn kimdir?” hərəkatı ictimai ədalət sahəsində fəaliyyət göstərən beynəlxalq qrupdur.

Bu qrup Livanda işə başlayıb və onun adı “On Gün Mehribanlıq” adlanır.

Bu Qeyri-Hökumət Təşkilatı Livanda xeyriyyə işləri ilə məşğuldur və bu işi Məhərrəm ayının əvvəlindən 10 məhərrəmə qədər davam etdirir. Belə ki, İmam Hüseyn (ə) və onun müdafiə etdiyi dəyərlər haqqında məlumatlar çatdırır.

Bu xeyriyyə təşkilatı xeyriyyə işləri çərçivəsində beş yüz nəfərə yemək və su paylamışdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button