ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

4 İran şirkəti Moskvada Beynəlxalq sərgidə

İranın avtomobil hissələri və avadanlıqlarının istehsalı ilə məşğul olan 4 şirkəti Rusiyanın paytaxtı Moskvada keçirilən “Avtomexanika” Beynəlxalq avtomobil hissələri, aksessuarlar və texniki avadanlıqlar sərgisində iştirak edib.

Bu barədə İRNA məlumat yayıb.

Məlumatda bildirilir ki, 40 ölkədən 800 şirkətin iştirak edən sərgidə İranın Saipa Industrial Group, Iran Busch Rearing Company, Foulad Fam Company və Foulad Zob Company (FZACo) şirkətləri iştirak edib.

Rusiyanın “All Centrai” sənaye şirkətinin direktoru Yevgeni Koçetkov bildirib ki, İndiyə qədər İran şirkətləri ilə əməkdaşlıq edilməyib, amma bu sərgi İranın yüksək gücünü və imkanlarını göstərdi və Rusiya İslam Respublikası ilə əməkdaşlığı genişləndirəcək.

Həmçinin Rusiyanın “Autopart” avtohissələr şirkətinin direktoru Nikita Alekseyev qeyd edib ki, İran şirkətləri avtomobil sənayesi üçün hissə və avadanlıqların istehsalı baxımından çox qabaqcıldır və Rusiya bazarında daha önəmli bir mövqe tutacaqlarına böyük ümid var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button