ArxivIslamXəbər lentiXəbərlər

3 azyaşlı qız atası olan Eldar Qasımov fəryad edir: Yeməyə çörək tapmırıq, kömək edin

Sumqayıtda yaşayan və ehtiyac içərisində olan Qasımovlar ailəsi həm dövlətdən, həm də xeyirsevər insanlardan yardım istəyir.

 

Rakurs.tv xəbər verir ki, 1973-cü ildə Xocavənd rayonunda dünyaya göz açan Qasımov Eldar İsmayıl oğlu 2007-ci ildən ailəsi ilə birlikdə Sumqayıt şəhər “Xəzər bağları” kimi tanınan ərazidə yerləşən “gecəqondu”- da məskunlaşıb. Zeynəb, Zəhra və Aişə adlı azyaşlı qız atası olan Eldar Qasımov əvvəllər parket ustası işləyərək ailəsini dolandırıb. Lakin səhhətində problem yarandığından 2 ay Sumqayıt Şəhər Vərəm Əleyhinə Dispanserdə müalicə olunub. Vərəm diaqnozu qoyulan Eldar Qasımov bundan sonra işləyə bilməyib.

 

Ailənin xanımı, əslən Ucar rayonunun yuxarı Şilyan kəndindən olan Qasımova Şəfiqə İlyas qızı da işləmədiyindən , ailənin dolanışığı demək olar ki, xeyirsevər insanların ümidinə qalıb. Çünki Qasımovlar ailəsi dövlətdən heç bir sosial müavinət və təqaüd almır.  Yarımtikili iki otaqlı “gecəqondu” – da yaşamağa məhkum olan ailə savadsızlıq səbəbindən bu günə qədər kömək üçün heç bir dövlət qurumuna müraciət etməyib. Ailə başçısının sözlərinə görə, yalnız Sumqayıt Şəhər Məşğulluq İdarəsinə iş üçün müraciət etsə də,  bu günə qədər heç bir yardım göstərilməyib.

 

Eldar Qasımov hal-hazırda yataq xəstəsi olduğu üçün, günəmuzd fəhlə kimi də işləyə bilmir və ailə yalnız ətrafdakı insanların yardımı ilə gündəlik yemək tələbatını çətinliklə ödəyir.  İndi Qasımovlar ailəsinin yeganə arzusu hökumət tərəfindən ən azı ünvanlı sosial yardım və təqaüdlə təmin edilməkdir.  Ailə həm də xeyirsevər vətəndaşlardan yardım istəyir.

 

“Əl tutmaq, İmam Əlidən qalıb” –deyiblər böyüklərimiz. Ümid edirik ki, xeyirsevər Azərbaycan xalqı olduqca acınacaqlı şəraitdə yaşayan və yeməyə çörək tapa bilməyən bu ailəyə yardım edərək, onların sevincinə səbəb olacaq.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button