ArxivIslamXəbər lentiXəbərlər

Həzrəti Rəsulallahın və İmam Həsənin şəhadətinin ildönümüdür

 hicri təqvimi ilə peyğəmbəriın (s) vəfatı və İmam Həsənin (ə) şəhadət günüdür.

Peyğəmbərlik (elçilik) bir ilahı vəzifədir. Bu elçilik insan yaranan gündən mövcuddur. Hətta ilk insan olan Adəm (ə) belə peyğəmbərdir. Bunun səbəbi odur ki, insan digər canlılardan fərqli olaraq özünə məsuldur. O bütün əməl və düşüncəsinə cavandehdir. Məhz bu cavabdehlik tələb edir ki, insanın əlində ona doğru və yanlışı göstərəcək, düzgün etiqad formalaşdıracaq  bir dəlil və ya bir nizamnamə olsun. Bunu da yalnız yaradan təyin edə bilər. Peyğəmbərlər bir ilahı elçi olaraq yaradan Allahın bəndələrinə xəbər, qanun, müjdə gətirənləridir.

Tarixi mənbələrə əsasən ilk insan olan həzrət Adəmdən bu günə qədər 124 min peyğəmbər olub. Həzrət Məhəmməd peyğəmbər (s) bütün bu elçilərin sonuncusu və son kamil din olan İslamın müjdəçisidir.

Tarixi hədislərə görə, Həzrət peyğəmbər(s) hicri ilinin 11-də səfər ayının 28-də şiddətli qızdırmadan dünyasını dəyişdi. Miladi tarixi ilə peyğəmbərin vəfatının iyunun əvvəllərinə və həftənin birinci gününə təsadüf edildiyi deyilir.

Tanınmış sünni alimi Buxari Səhih əl-Buxaridə “Babu Kitabətul Elm” fəslində yazır ki Peyğəmbər ölüm yatağında olarkən səhabələrdən bir kağız və qələmin gətirilməsini istədi. Peyğəmbər burada iki vacib məsələnin qeyd edilməsini istəyirdi ki, bu zaman Ömər bin Xəttab “Bu kişi sayaqlıyır, bizə Quran kifayətdir” deyə tarixi vəsiyyətin yazılmasının qarşısını aldı.

Digər bir hədisdə qeyd olunur ki, peyğəmbər (s) ömrünün son günlərində məscidə gəlir və minbərə çıxaraq buyurur ki, mənim ömrümə az qalıb. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Bunlar mənim allahın kitabı və mənim Əhli-beytimdir. Onlardan önə keçməyin, onları tərk etməyin. Qyamətdə sorğu sual olunacaqsız.

 

Səfər ayının 28-i həm də İmam Həsənin Müaviyət ibni Əbu-Sufyanın sifarişi ilə zəhərlənərək, şəhid edildiyi gündür. Müaviyyə, İmam Həsən (ə) xəlifə olduğu müddətdə Şamda güc toplayaraq xəlifəyə qarşı çıxdı və İmamı (ə) “sülh” müqaviləsi bağlamağa məcbur edərək hakimiyyəti ələ aldı. Bu hadisə hicri tarixinin 50-ci ilinə təsadüf edir. Bəzi tarixçilər İmam Həsənin şəhid edilməsinin rəbiul-əvvəl ayının 5-ə təsadüf etdiyini deyirlər.

 

Peyğəmbərin vəfatı və onun sevimli nəvəsi İmam Həsənin şəhadətinə görə Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə mərasimlər keçirilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button