ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

240 saat işlədik, 170 saatın pulunu verdilər

Şikayətçi: “Dedilər, 300 manat ödə, əmək kitabçanı verək”

““Azərişıq” ASC-nin mühafizə xidmətinin rəisi Zaur Alxazovun təzyiqlərinə dözməyərək ərizə yazaraq işdən çıxdım. Əslində, 2011-ci ildən çalışdığım işdən məcburi şəkildə çıxarıldım”.

Bunu Meydan TV-yə “Azərişıq” ASC-nin baş ofisində mühafizə xidmətində çalışan Bakı sakini Şamxal Qocayev deyib.

“Zaur Alxazov Ziya Məmmədovun şəxsi mühafizəçisi olub”

O bildirib ki, ASC-nin mühafizə xidmətinin rəisi Zaur Alxazov ona davamlı təzyiqlər edib: “2011-ci ildən “Azərişıq”da işləyirəm. Bir il öncə sədr Vüqar Əhmədov sürücüsü Zaur Alxazovu mühafizə xidmətinin rəisi təyin etdi. Bütün problemlərimiz də bundan sonra başladı. Zaur Alxazov sabiq nəqliyyat naziri Ziya Məmmədovun şəxsi mühafizəçisi olub. Bunu fəxrlə hər yerdə deyirdi. O gələndən sonra demək olar ki, bizə işləməyə imkan vermirdi. Təyin olunan iş saatlarımız, istirahət vaxtımız qanuna uyğun deyildi. Axşam növbəsi ard-arda iki gün – saat 20:00-dan növbəti gün səhər 8:00-a kimidir. Növbəti gün də istirahətsiz eyni qayda ilə axşam növbəsinə çıxırıq. Zaur Alxazov iş vaxtı, axşam saatları zəng edib, yerli-yersiz bizi təhqir edib, işdən nə vaxt ərizə yazıb çıxacağımızı, çıxmasaq, nöqsanlı şəkildə çıxaracağını deyirdi. Çəkinmədən deyirdi ki, mən də pul qazanmalı ailə dolandırmalıyam. Bir ay ərzində mühafizə xidmətinə on nəfər yeni işçi götürmüşdü. Təsəvvür edin, bir növbəyə üç, bəzən dörd işçi düşürdü”.

“Məzuniyyətdən sonra işə çıxanda, yenə gəldi ki, nə oldu, özünə iş tapmadın?”

Şamxal Qocayevin sözlərinə görə, ay ərzində 240 saat işləyib, cəmi 170 iş saatına görə əməkhaqqı alıb.

O deyir ki, bütün işçilər belə maaş alıblar və əksəriyyəti narazı olsa da, məcburiyyətdən dözüb işləyirlər: “On ildir işlədiyim müddətdə heç bir işçiyə cərimə yazılmamışdı. Zaur Alxazov mühafizə xidmətinin rəisi təyin olunandan sonra maaşın əlli faizini cərimə edir. Ayın sonunda pulun yarısını alırsan. İşlədiyim müddətdə əziyyət və təhqirlərə məruz qalmışam. İşçilərə ağzına gələni deyir, təhqir edirdi ki, işdən çıxaq. Hətta son beş aydır keçirdiyim stresslərdən dolayı əməlliyyata düşmüşəm. Əsəbdən məndə şiş yaranmışdı. Həkim müayinə zamanı harada işlədiyimi soruşdu. Hadisələri ona danışdım. Dedi ki, səndə şiş spazmadan, özü də yeni yaranıb. Zaur Alxazov əməliyyatdan sonra məni uzun müddət bəhanələrlə işə çıxmağa qoymadı. Üç ay bülleten götürdüm. Sonra vəziyyət elə həddə çatdı ki, bir ildə ikinci dəfə məzuniyyətə çıxdım. Yəni bu adam məni belə addım atmağa məcbur etdi. Məzuniyyətdən sonra işə çıxanda, yenə gəldi ki, nə oldu, özünə iş tapmadın? Çıx da, işdən. Mən səninlə işləmək istəmirəm. Hətta İkinci Qarabağ müharibəsində döyüşmüş iş yoldaşımıza da özünə başqa iş tapıb, çıxmağı tələb edirdi”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button