Aktual

Ərəstun Oruclu: Ən dağıdıcı antimilli qüvvə bu iqtidar özüdür

“Ölkə böhran içində olduğundan vətəndaşlar çörək qazanmaq üçün qürbətə axır”
 Dövlət işğalçısı İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində yenə də ölkə daxilindəki qüvvələri destruktivlikdə, antimillilik və antiazərbaycançılıqda ittiham edib. Buna müxalif siyasətçi və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri cavab veriblər.

Müsavat Partiyası başqanı İsa Qəmbər hökuməti neft satışından daxil olan pulları öz iqtisadi uğuru saymaqda ittiham edib. Halbuki, buna baxmayaraq, ölkənin böhran içində olması, vətəndaşların çörək qazanmaq üçün qürbətə axması xüsusi vurğulanıb. Ölkədə həkimə, müəllimə, polis nəfərinə verilən maaş aylıq dolanışıq üçün yetərli deyil. Təhsil və səhiyyə sahələri böhran həddi yaşayır. Bunun üçün uzağa getmək gərək deyil, Salyanda 6 yaşlı uşağın ilan sancmasından ölməsi faktı hər şeyi deyir. Bu rayonda zəhərə qarşı zərdab olacaq peyvənd tapılıb uşağa vurulmaması üzündən körpə dünyasını dəyişib. Azərbaycanın uğurlarına sevinməyə gəlincə, bu uğurlara hamı sevinmək istəyir və bu, ölkədə xalq hakimiyyətinin qurulması, hər bir vətəndaşın qayğı və diqqət altına alınması ilə mümkündür.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu rəsmi Bakının ölkədəki antmilli qüvvələr adı ilə müxaliflərini tənqid etməsinə cavab olaraq iqtidarı “ən dağıdıcı antimilli qüvvə” adlandırıb. Ə.Oruclu bir müddət öncə dövlət başçısının Polis Akademiyasındakı çıxışında zorakılığa görə polisi cəzalandırmayacağı bəyanatını yada salıb. İndi isə polisə cəzalandıracağı qüvvələri, müxalifəti, gəncləri, medianı, ziyalıları göstərdiyini nəzərə çatdırır. Ə.Orucluya görə, iqtidardan baqşa kim varsa opponentdir və bu iqtidar bütün opponentlərini cəzalandırmağı nəzərdə tutur. Hər nə olursa olsun, bu iki bir-birinə zidd bəyanat iqtidardaxili çaşqınlıq və ziddiyyətlərin ortaya çıxmasıdır. (Turan)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button