ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazan bayramında məscidlər açıla bilərmi? – Hacı İlqar İbrahimoğlu CANLI yayında…

Pandemiya dövrünün ikinci Ramazan ayı başlayıb. Bu, dünyada koronavirusa yoluxmaların yenidən artdığı dönəmə düşdüyündən pandemiyanı sürətləndirəcəyi ilə bağlı narahatlıq var.

Bir çox müsəlman ölkələri Ramazan boyunca koronavirus qadağaları tətbiq edir, amma bəzi yerlərdə qadağalara o qədər də sərt əməl olunmur.
Bir çox müsəlman liderləri insanları vaksin vurdurmağa çağırıb, peyvəndin günorta vaxtı orucu pozmayacağını bəyan edib.

Səudiyyə Ərəbistanında məscidlərin sahur və iftar yeməkləri verməsi yasaqlanıb. Bu il Səudiyyə hakimiyyəti Ramazanın əvvəlindən yalnız Covid-19 peyvəndi vurdurmuş şəxslərin Ümrə ziyarətinə icazə verəcək.

Türkiyə hökuməti də həftəsonları karantin elan olunub, Ramazan dövründə restoran və kafelərin işləməyəcəyi bildirilib.

Ölkənin 81 vilayətinə göndərilən “Ramazan tədbirləri” adlı sərəncamda vətəndaşların kütləvi şəkildə qatıldıqları iftar çadırlarına icazə verilməyəcəyi, izdihamlı dini ayinlərin keçirilməsinə qadağa qoyulacağı qeyd edilib. Bəs Azərbaycanda Ramazan bayramı necə qeyd olunacaq?

Bayram günü məscidlərdə az sayda inanclının iştirakı və ara məsafənin gözlənməsi şərti ilə də olsa bayram namazı qılınmasına icazə verilə bilərmi? İkinci ildir ki, orucluq pandemiyaya düşür. Bu xüsusi vəziyyətdir, bununla bağlı İslamda hansı tövsiyələr var?

Orucluğun fəlsəfəsi nədir? Bəziləri deyirlər ki, bu il də Ramazan ayına eyni gündə başlaya bilmədik. Bu məsələdə islam dünyasında nə vaxt yekdil fikir olacaq?

MusavatTV-nin canlı yayınında Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu məsələlərdən danışır. Eyni zamanda Yaxın Şərq siyasətindəki proseslər, ABŞ-ın Əfqanıstandan çıxmağa hazırlaşması, Baydenin İran siyasəti, Papanın İraq səfəri, Vaşinqtonun Tramp dövründə ərəb ölkələrini İsraillə barışdırması siyasətinin hazırkı hökumət dövründə necə olacağı müzakirə mövzularıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button