Bu gün, 2023-cü il yanvarın biri, yeni milad ilinin ilk günüdür.
Okeaniyada yerləşən Tonqa adası öncə qeyd etdiyimiz kimi, yeni milad ilinə daxil olan ilk ölkə olub. Sonra Sakit Okeanda yerləşən Kiribati və Samoa adaları, eləcə də Yeni Zelandiya 2023-cü ilə daxil olublar.
Yeni Zelandiya Oklend liman şəhərinin körpüsündə işıq və Oklendin Skay-Tauer qülləsində atəşfəşanlılq nümayiş etdirməklə yeni ilin pişvazına çıxıb.
Avstraliya, Şimali Koreya, Yaponiya, Honq-Konq və Çin, daha sonra yeni milad ilinə daxil olublar.
Sakit Okeanda yerləşən və Amerika Birləşmiş Ştatlarının tabeliyində olan Beyker və Haulend adaları 2023-cü ilə daxil olan son məkanlar olublar.
İran İslam Respublikasının TeleRadio Təşkilatı bütün dünya, xüsusən İran xristianlarını yeni milad ili münasibətilə təbrik edir, onlara dünya miqyasında ədalət, sülh və asayiş, eləcə də bərəkətli il arzu edir.