ArxivXəbər lentiXəbərlər

İdmançımız 3 qat dünya çempionu oldu

Kikboksçumuz Bəxtiyar İsgəndərzadə İngiltərədə dünya çempionu olub
“İslaminSesi” AzNews.az-a istinadən xəbər verir ki, Almaniyada fəaliyyət göstərən “OdlarYurdu” klubunun titullu üzvü, kikboksçu Bəxtiyar İsgəndərzadə (65 kq) Londonda AFSO versiyası üzrə K-1 stilində dünya çempionatının qalibi olub.

Yarış klubun rəhbərləri Azad Əzizov və Anar Axundzadənin dəstəyi ilə baş tutub. Londondakı turnirin təşkilatçılarından biri də soydaşımız Hafiz Baxşəliyevdir.
H.Baxşəliyev AzNews.az-a yarışla və baş tutan döyüşlə bağlı açıqlama verib: “Təşkilatçılığımız ilə gözəl yarış baş tutdu. İkinci raundda Bəxtiyar rəqibini nokdaun etsə də döyüş sona qədər, 5 raund oldu. Xal hesabı ilə də olsa qələbəni biz qazandıq. Bəxtiyar bu qələbəsini Azərbaycan xalqına həsr edib”.

Qeyd edək ki, kikboksinq üzrə üçqat dünya çempionu, üçqat respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı, dəfələrlə peşəkar görüşlərin qalibi olmuş Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button