Qadin və hicab

Barbi kuklalarının mənfi təsirlərini tanıyın

Qərbli analar soruşurlar: “Niyə qızlarımız tez həddi-buluğa çatır? Qızlarımızda erkən cinsi yetkinliyə səbəb nədir?”.

“Mettel” şirkət rəhbərinin xanımı Rut Hendler övladları Barbaranın böyüdükcə şəxsiyyəti formalaşdırma və rəftarda böyükləri yamsılamanı kağız gəlinciklərlə əlda etdiyini anladı. Bununla da zehninə yeni real oyuncaq (3D) proyekti ideyası gəldi.
Şirkət rəhbərləri Barbini düzəltdikdən sonra müxtəlif geyim modelləri ilə uşaqların ixtiyarına verilməsi qənaətinə gəldilər. Çünki, uşaqlar bununla Barbinin müxtəlif modellərində istənilən şəxsiyyəti yarada biləcəkdilər. Zaman axarında Barbi mühüm fəaliyyətlərə imza atdı; Barbi qız uşaqlarına modern dünyanın onlardan bir qadın kimi nə gözlədiyini öyrədirdi.
Barbinin incə beli və çəkilmiş bədəni səbəb oldu ki, qərb və digər ölkələrdəki yeniyetmə qızlar bədənlərini Barbi bədəninə bənzətsinlər və ideal saydıqların Barbiyə oxşamalarından ötrü inkişaflarına lazımlı qidalardan pəhriz etməyə başladılar. Belə ki, qərb səhiyyə təşkilatlarının heyrətləndirici statistikası qərbli qızların normal qidalanmamasından xəbər verirdi.
Barbi ixtiraçıları onun bədən quruluşunun heç vaxt dəyişdirilməməsini təklif edirdilər. Çünki qızların tərbiyəsində (bu mənada ki, böyük yaşlarında hamilə olmama təlqinini onlara aşılamaq üçün) bədən sturukturunun qorunması çox mühüm sayılırdı. 90 – cı illərdə Qərbdə, xüsusilə Amerikada repreduksiya azaldığına görə Barbı bu zəmində qızları tərbiyələndirməkdən ötrü səhnəyə atıldı. 1955 – ci ildə Barbi hamilə qadın modelində satışa buraxıldı. Bununla da o, yeniyetmə qızları ana olmağa həvəsləndirmə missiyasını həyata keçirdi. Günümüzdəki Barbinin kiçik bacısı “Skipper” (Skipır), mədəniyyət siyasətçilərinin Barbinin uşaq sahibi olması istəyinə bir cavabdır.
Barbi şəxsiyyəti və geyim tərzinin dəyişkənliyinə baxış, əslində ictimai transformasiyanın təcəssümüdür. Danılmaz faktdır ki, bu gün, Qərbdə böyük Barbi kuklaları həqiqi gənc qız modelində pornoqrafik məqsədlər üçün alıb satılmaqdadır. Bir qrup qərbli aktrisa və artistlər daim ictimaiyyətin diqqətində olmaqdan ötrü böyük xərclərlə özlərini Barbiyə oxşatmağa çalışırlar. Bu gün, bütün dünyada qərbin ülgü və idealı (Barbi) daim hiss etdirilsin deyə Barbi rəsimləri uşaq və yeniyetmələrin, dəftərxana ləvazimatı, kosmetika, geyim, oyuncaq, aksesuar və s. daxil olmaqla, bütün istifadə avadanlıqları hətta uşaqların fantastik qidaları sayılan saqqız və şokolat üzərində də çap edilmişdir. Qərbli analar soruşurlar: “Niyə qızlarımız tez həddi-buluğa çatır? Qızlarımızda erkən cinsi yetkinliyə səbəb nədir?”.
Günümüzdə əksər qızların ehtiyacları Barbi şəkilləri, rəngləri və reklamı ilə müxtəlif ölkələrin, o cümlədən ölkəmizin bazarlarında mövcuddur. Ekspertlərdən birinin dediyi kimi 250 AZN-la Barbini reklam edən bir qız ehtiyaclarını (dəftərxana ləvazimatlarından tutmuş kosmetika, müxtəlif geyimlər, çanta, ayaqqabı, uşaqların sevdiyi qidalaradək) bazardan toplamaq mümkündür.

 

Barbi kuklalarının tərbiyə mexanizmi
Mindən çox çeşidə malik əşyalarda çap olunan Barbi rəsmləri uşaq və yeniyetmələrin zehnlərinə əbədi həkk olaraq onları Barbi kuklası almağa sövq etdirir.
Barbi kuklası digər gəlinciklərindən fərqli üz quruluşuna malikdir. Belə ki, onun siması uşaq simasına bənzəmir. Əksinə bədən quruluşu başdan – ayağadək nəhayət diqqətlə düzəldilmiş 20 yaşlı amerikalı qız modelidir.
Uşaq və yeniyetmələrin əksər ehtiyac duyduqları, dəftərxana ləvazimatları, çanta, ayaqqabı, şokolatlar, qab – qacaq, paltar, saat, şəxsi vəsaillər və s. kimi on mindən çox çeşidə malik əşyalarda çap olunan Barbi rəsmləri uşaq və yeniyetmələrin zehnlərinə əbədi həkk olaraq onları Barbi kuklası almağa sövq etdirir. Barbi kuklası müştəriləri yalnız kukla almaqla kifayətlənməyib gecə geyimi, hamam aksesuarları, üzgüçülük geyimi, tədbir geyimi, kosmetika və s. ona aid kimi (dəbə görə il ərzində bir neçə dəfə dəyişən, yenilənən) bütün ləvazimatları da almağa məcburdular.
Barbi geyim tərzi və ona aid olan bütün ləvazimatların, qız və qadınların moda və tərzinə çevrilməsi göz qabağındadır. Nəticədə qızlar Barbiyə sevgi göstərib onun imicini təmsil etməklə (daha dəqiq desək, amerikalı qadının istək və imici ilə) böyüyür, seçimlə qarşılaşdıqlarında da onun imic və səliqəsinə uyğun seçim edirlər.
Deməli, qərb mədəniyyətində bəşərin tənəzzülü üçün istehsal edilən hər hansı bir məhsuldan qabaq, istehlakçıların pulu ilə onun zövq və ehtiyaclarını yaradırlar.
“Barbi Bis” ölkədaxili obyektiv simvollardandır ki, ölkədəki qida və təlim – tərbiyə üzrə mütəxəsislər media vasitəsilə onun həllini tapmağa və eyni zamanda müsəlman ailələri məlumatlandıraraq Barbi küklasının yayılmasının qarşısını almağa çalışırlar; bir halda ki, düşmənlər ehtiyac səhifələrində, qəzetlərdə aldadıcı və məkrli elanlarla ölkə qızlarını bir çox şirnikləşdirici vədələrlə Barbiyə bənzəməyə səsləyirlər.
Bugünədək heç bir ölkə və heç bir millətin Barbiyə qalıcı və ciddi rəqib düzəldə bilməməsi və nəhayətdə məğlub olması da nəzərdən qaçırmamalıdır. İngiltərənin “Sindy” kuklası iddiamıza praktik bir nümunədir.

Barbi gəlinciklərinin xüsusiyyətləri

Barbi təkcə gəlincik deyil. O, həm də mədəni müharibə sahəsində səmərəli bir silahdır.
İndiyədək istehsal edilən gəlinciklər arasında barbi gəlincikləri unikal xüsusiyyətlərə malikdir. Ona görə ki, Barbi təkcə gəlincik deyil. O, həm də mədəni müharibə sahəsində səmərəli bir silahdır. Buna xatir bir çox mütəxəsislər onun istehsal, dizayn, reklam və yayılmasında qurucu və aparıcı rola malikdirlər. Mövzunun əhəmiyyətliliyini nəzərə alaraq hər bir xüsusiyyəti ayrı – ayrılıqda izah edirik:
1- Barbinin fiziki quruluşu: Öncə qeyd etidiyimiz kimi, “Barbie” kəlməsi, müharibədən sonra “özünü satmaq istəyən qadın” kimi tanınan Lili adlı alman küçə qadının şəxsiyyətindən götürülmüşdür. Lakin qadın vücud ölçülərini tanımaqda xüsusi istedada malik Cek Rayan, Lilini Anqlo – Sakson simasına çevirərək nəticədə yaşı 20 – i, boyu 195 sm – i göstərən, uzun ayaqlara sahib, fiziki quruluşca nisbətən arıq bir qız modelini, yəni Barbini yaratdı. Barbi modelinin hər hansı bir qızın gənclik dövrünü canlandırması diqqət çəkici məqamdır. Elə buradan Barbinin uşaqların gələcəyi üçün necə ülgü yaradıcı olduğunu asanlıqla anlamaq olur.

 

10trio-barbie-doll

2- Barbinin siması: Barbi simasının dizaynında mübaliğəyə yol verilərək əksər gözəllikləri bir yerə toplamağa çalışılmışdır. Əlbəttə, dizayn və yaradıcılıq baxımından Barbi simasının dizaynı mükəmməl bir dizayndır. Qızıl saçlar, nazik boyun, irəliyə çıxıq al yanaqlar, incə ağız – burun, iri və mavi gözlər, ətli dodaqlar, xoş sima, açıq rəngli dəri, bədənə tam münasib baş quruluşu və s. bir insanda – hətta estetik yolla – çox nadir hallarda bir yerə toplanacaq ümumi Barbi simasını təşkil edən üzvlərdir.
3- Barbinin geyimi tərzi: Zərif, xoş rəngli, mahir tikilişli Barbi geyimləri, “Mettel” kompaniyasında bir araya gələn, dünya üzrə böyük incəsənət və moda dizaynerlərlərinin əllərinin məhsuludur. İndiyədək heç bir gəlincik Barbi gəlinciyi qədər fərqli, gözəl, rəngarəng və kübar geyimlərə sahib olmamışdır. Bu özəllik təkcə Amerika mədəniyyətini, Amerika qadınını təmsil edən bir “qız”a məxsusdur.
“Eksibisionizm, aristokratik radikalizm və konsyumerizm (istehlakçıların hüquqlarının qorunması) Barbi geyimlərinin üç əsas komponentidir. Füsunkar geyimlər göz qamaşdırıcılığı ilə Barbinin erotik görünüşünü ikiqat artırır”.
Barbi yenilənməsi
Keçən illərdə Barbi 500 – dən çox rolda və fərqli şəxsiyyətlərin, o cümlədən şəfqət bacısı, polis, müəllim, həkim, stomatoloq, baytar, rokk ifaçısı, gimnast, detektiv, dənizçi zabit, gəmi kapitanı, stüardessa, oğru, dilənçi və s. simasında təqdim edildi. Bütün bu xarakterlər gəlinciyin tərbiyəvi funksiyalarından ötrüdür.
Barbi bu dəfə siyasi arenada özünü göstərdi. Ali İslami dəyərləri, şəhidliyi məsxərə edərək onları məntiqsiz və nifərətəlayiq göstərməyə çalışdı.
“Allahu Əkbər!” fəryadından sonra belindəki partladıcının düyməsini basıb özünü partladan intiharçı və şəhidliksevər Barbi, dolayı yolla şəhidlik mədəniyyətini, müsəlmanların yeganə zəfər silahını uşaqlar arasında lağ obyektinə çevirməyə çalışırdı…”.
Anti-terrorçu hərbiçi barbi
Barbinin digər funksiyalarından biri hərbi forma geyinmək və silahlanmaqla Amerika əsgərlərini həyəcanlandırmaq idi. Bu dəfə Barbinin vəzifəsi, gənclərin ictimai fikrini müharibə arzusunda olan yaradıcıların məqsədləri ilə uyğunlaşdırmaq idi:
1990 – cı il tarixdə “Amerika – İraq müharibəsi müddəti boyunca Barbi kuklası Amerika əsgərinə aid hərbi forma geyinərək ictimai fikri stimullaşdırmağa başladı. On bir sentyabr hadisəsindən sonra isə Barbi anti – terrorçu qüvvələrin formasını geyinməklə yeni rol alaraq ictimai fikri stimullaşdırdı. Barbinin terror əleyhinə döyüş təbliğatı başlığı bundan ibarət idi: “Barbi – Amerikasayağı ruh”.

Amerika və barbi kuklasının mədəni strategiyası

Mədəniyyət işğalına qarşı müdafiədə, təlim – tərbiyə və mədəniyyət risklərinin aydınlaşdırılmasında ən əhəmiyyətli ilk addım Barbi gəlinciyidir.
Amerika mədəniyyət doktrinasının humanizm, liberalizm, sekularizm və hinduizmlə bağlı bəyanından məlum olur ki, Amerika mədəniyyət siyasətçiləri, strateqləri müxtəlif metod və üsullarla öz mədəniyyət əsaslarını gücləndirməyə, Amerika başda olmaqla bütün dünyaya yaymağa çalışırlar. Bu metodlardan biri amerikalı və digər ölkədən olan qızların Amerika mədəniyyəti əsasında tərbiyələndirilməsidir. Ən yaxşı və ən aktiv yolda elə budur.
Nəzərə alsaq ki, qızlar gələcəkdə öz cəmiyyətlərində ana və həyat yoldaşı rolunu öhdələrinə götürəcək deməli, başqa millətlərin qızları Amerika “dəyərləri” ilə tərbiyə olunsalar, gələcəkdə cəmiyyətlərini Amerika dəyərləri ilə idarə edəcəkləri anlamına gəlir. Digər ölkələri şəxsi dəyərlər çərçivəsində inkişaf etdirmək, aqressiv mədəniyyətin ən aktiv işğal əməliyyatıdır.
Barbi Amerika mədəniyyət strategiyasında yüksək təsir və qiymətləndirməyə malikdir. Mədəniyyət işğalına qarşı müdafiədə, təlim – tərbiyə və mədəniyyət risklərinin aydınlaşdırılmasında ən əhəmiyyətli ilk addım Barbi gəlinciyidir. Ona görə ki, proseslərin başında duran agahedici xəbərdarlıq mexanizmidir.

Barbi və media
Barbiyə aid sayta daxil olarkən hətta ox işarəsi belə qanadlı qadın işarəsinə çevrilir.
Öncədən proqnozlaşdırılan hədəflərə çatmaq, gözlənilən nəticəni almaqdan ötrü sözügedən strateji oyuncaq fərqli və məqbul formada, bütün bədii, texniki incəliklər nəzərə alınmaqla reklam edilməlidir. Çünki, əsrimiz informasiyalar əsridir. Hər hansı bir şey davamlı, daha təsirli olması üçün media və reklam dəstəyinə möhtacdır.
Unutmamalıyıq ki, medianın mühüm fəaliyyətlərindən biri istehlakçıların imiclərinin bir – birinə yaxınlaşdırmaq və vahid materialdan istifadəni onlara aşılamaqdır.
“2001 – ci ildə Barbi kuklası özünün ilkin “Barbi və fındıqqıran” kompüter videosunda göründü. İndiyədək isə Barbi barədə diqqət cəlb edəcək dərəcədə kompüter videoları – animasiya – sinema və erotik filmlər çəkilmişdir”.
Diqqəti cəlb edəcək digər nöqtə medianın Barbi kuklasını internet saytlarında himayəsidir. Barbiyə aid sayta daxil olarkən hətta ox işarəsi belə qanadlı qadın işarəsinə çevrilir. Məlum sayta daxil olan şəxslər “bir bölmədə oyun oynaya, digər bölmədə Barbi ilə dəniz qırağında gəzə və ya ev şəraitində ad günü partisində iştirak edə bilərlər və ….” Bütün bunlar uşaqlarda yüksək maraq və cəlb yaratmışdır.

Barbi kuklasının zərərli təsirləri
Barbi kuklası milyonlarla insanın qəflətindən ustalıqla sui – istifadə edərək zehnlərdə ən yüksək nöqtəni necə fəth edə bildi?
Məqələnin ixtisarına nəzərən bir neçə mövzuya işarə etməklə kifayətlənirik.

• Erkən cinsi yetkinlik
Barbi kuklasının zərərli funksiyalarından biri qızların zehnində cinsi instinktlərin şişirdilməsi və qarşılıqlı cinsi münasibətlərin öyrədilməsidir. Barbi əleyhdarlarının dili ilə desək Barbi kuklası sevgi yaratma bacarığı olmayan “seks müəlliməsi”dir.
Barbinin nəzərdə tutduğu həya süstləşməsi, cinsi münasibətlərə təşviq ordan başlayırki, uşaq gəlinciyin alt geyimləri dəyişməli olur və bu işə həvəsləndirilir. Bir çox hallarda qız uşağı kuklanın cinsiyyətini görməli olur ki, tədriclə onun cinsiyyətinə baxmaq uşağın gözündə adiləşir. Bu mənada ki, cinsiyyətə baxmaq onun üçün artıq pis və eyib sayılmır.
Sözügedən mövzuların uşaq zehnindəki mənfi təsirləri və erkən cinsi yetkinlik, onların gözəl və sevimli dünyaya valeh olmaları və bununla da uşaqlıq dövrlərini çox tez tərk etməkləri ilə nəticələnməsi təəssüf doğuran məqamdır.

• Düzgün qidalanmama (İştahsızlıq)
Barbi kuklasının bədən quruluşu yüksək ustalıqla dizayn edildiyi üçün hər hansı bir qadının belə bir bədən quruluşuna sahib olması və sahib olduğu təqdirdə onun qalıcı olması hardasa qeyri – mümkündür. Lakin təbliğat nəticəsində Barbi bədən quruluşunun “bugünkü qadının kriteriyaları” sayılması, bir çox qadın və qızların müxtəlif dietalarla vücudlarını Barbinin bədəninə bənzətmək istəmələrinə, nəticədə düzgün qidalanmamadan yaranan “Anoreksiya” və “Bulimiya” kimi xəstəliklərin mübtəlasına səbəb olmuşdur.
“Amerikanın statistik araşdırmalarına əsasən hər beş tələbə qızdan biri iştahsızlığa mübtəladır. Hər il əhalinin təqribən 20 % – i oxşar xəstəliklərdən əziyyət çəkir. Məlum hadisə o qədər geniş yayılmış və nigaranedici məqamdır ki, bəzi Amerika universitetlərinin bufetlərində salat kimi dietik qidalar ustalıqla nişasta tərkibli maddələrlə qarışdırılaraq tələbələrin istifadəsinə verilir. Bu da tələbələrin həm salat yemələrinə eyni zamanda iştahsızlıq xəstəliyinə düçar olmamalarına zəmin yaradır”.
Nəzərə çarpacaq digər bir məqam, tələbələrlə yanaşı aktrisa və qadın artistlər də vücudlarını (yüksək məbləğlər pulların, kosmetik cərrahların sayəsində) “Gözəllik şahzadəsi” Barbinin vücuduna bənzətməyə çalışmalarıdır.
Feministlərin Barbinin gözəllik kriteriyalarının qeyri – həqiqi və sünii olmasının ifşasına çalışmaları diqqət ediləsi məqamdır: “Barbi 2 metrdən artıq boya, 46 kq çəkiyə malikdir. Lakin amerikalı qadının orta boyu 163, çəkisi isə 66 kq-dır. Barbi kuklası qeyd edilən ölçülərlə insan kimi dünyaya gəlmiş olsaydı öz çəkisini daşıya bilməzdi. Aybaşı və hamilə olması da qeyri – mümkün olardı”.
Mövzu ilə əlaqədar amerikalıların belə bir məsəli var: “Arıqlamaqla, sərvətli olmaqda limit yoxdur”.

Konsyumerizm və dəbdəbə
Yuxarıda işarə etdik ki, dünyanın ən məşhur geyim dizaynerləri Mettel kompaniyasının dəstəyi ilə Barbinin gözəl və incə paltarlarını tikirlər. Əksər geyimlərin lüks və v.i.p. cəmiyyətə aid olmasına rəğmən, uşaqları parlaq gələcək röyalarında qərq edir. Bununla da dəbdəli Barbi geyimlərinə sahib olmaq həsrəti uşağın qəlbində dərin iz qoyur.
Barbiyə aid cəvahiratın bir tərəfdən çox bahalı olması, digər tərəfdən həddən artıq konsyumerizm və dəbdəbəni təbliğ etməsi, qərb mədəniyyətinin öldürücü virusudur ki, Barbi virus daşıyıcı xəstə timsalında onu digər millətilərin qızları arasında yaymaqla məşğuldur. Barbinin missiyası öldürücü xəstəliklə qız uşaqlarını konsyumerizm, dəbdəbə və obyektivizmə düçar etməsidir.

Nəticə
Barbi kuklasına və yarım əsrdən çox zamanı əhatə edən təsir mexanizminə diqqət yetirsək, bir gəlinciyin mənfi mədəni, ictimai, psixoloji təsirlərə malik olmasının hansı formada mümkünlüyü hər bir aqil insanı düşünməyə vadar edəcəkdir. Barbi kuklası milyonlarla insanın qəflətindən ustalıqla sui – istifadə edərək zehnlərdə ən yüksək nöqtəni necə fəth edə bildi?
Gözəllik üzrə ekspertlərdən biri bu xüsusda Barbini “Troya atı” kimi izah etmişdir.
Təsirli və mədəni işğalçı silahın dizaynında incəlik və dəqiqlik barədə mülahizə, Barbi yaradıcılarının dünya üzrə mədəni və siyasi dəyişikliklərin daimi müşahidəçisi olduğunu göstərir. Mettel şirkətinin market meneceri Branda Andolinanın məlum xüsusdakı sitatı çox təkanvericidir:
“Biz daim yeni dünyaya gəlmiş körpələrin statistikasını dəqiqliklə araşdırır, onların valideyn, mədəniyyət və dilinin tərkibini nəzərdə saxlayırıq”.
Qərb, xüsusilə Amerika öz insanını ideal göstərmək üçün mədəni, siyasi, iqtisadi və hətta hərbi vasitələrdən dəstək alır. Əlbəttə, mediaların köməkliyi ilə bu model və ya ideal insan, digər insanlara sevilən və əlçatan kimi təqdim edilir.
Oyuncaqların – hər bir cəmiyyətin gələcək anaları olacaq qızlar üçün ideal yaratma – qabiliyyətindən istifadə edən qərb mədəniyyətinin qlobal hücumlarına qarşı sikkənin digər üzü mübarizə aparır; İran və İslamın zəngin mədəniyyətində qadın xüsusi yer tutur və onun sağlamlığı cəmiyyətin sağlamlığının təminatçısıdır. Dara və Sara və ailənin digər üzvləri başlanğıcda, bu yola girdikdə təqdirəlayiq və effektiv olsalar da nəhəng mədəni hücuma cavab vermək iqtidarında deyildilər.
Hər bir milli öhdəlik və təşkilat bütün fikri, mədəni, iqtisadi və s. bacarıqları ilə işin müvəffəqiyyəti və qızlar tərbiyəsi üçün ülgü və nümunəni vücuda gətirməkdən yanadır. Şübhəsiz ki, sabahkı anaların tərbiyəsində müvəffəq olduğumuz gün, insanlarımız üçün parlaq gələcək və əxlaqi, psixoloji sağlamlığa sahib abad bir cəmiyyət yaratdığımızı iddia edə bilərik.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button