Aktual

Sevinmək üçün əsas

Bir neçə gün bundan əvvəl Binəqədi qəsəbəsindəki küçələrdə yerləşən işıq dirəklərinin üstündə, divarlarda və reklam şitlərində hicab məhuslarının şəkilləri olan kiçik ölçülü kağızlarda “İslama azadlıq” şüarları yapışdırılmışdı. 

Qafqaz- Bu çağrışlar yerli mətbuatda rezonansa səbəb oldu, rayon polis idarəsinin əməkdaşları da bu çağrış vərəqələrini qopardır növbəti gün isə həmin çağrışların yenidən yapışdırılması ilə qarşılaşırdı.
Çağrış vərəqələrinin yapışdırılması hicab məhbuslarının azadlığa buraxılması istiqamətində bir addımdır, ancaq bu kampaniya ən azı iki il əvvəl apaırlmalı idi, buna da şükür.
Zatən əvəllər də qeyd etmişdik ki, islamçılar son zamanlar daha fəal mübarizə aparır. Bunun səbəbi var, heç bir şey səbəbsiz deyil, səbəb isə odur ki, hacı Mövsüm kimi yaşlı nəsldən sonra yetişən gənc dindarlar həyata, dünyaya və mübarizəyə bir qədər fərqli yanaşır ki, bu da özünü mübarizədə göstərir, buna hacı Tale Bağırzadənin əzmkarlığını da misal göstərmək olar.
Gənc dindarlar yeni mübarizə texnologiyalarını daha tez mənimsəyir və daha aktiv şəkildə mənimsədiklərini tətbiq edir. Belə hallara da sevinmək lazımdır, bu o deməkdir ki, mübariz islamçılar davamsız qalmayıblar, onların davamçıları gənc olmaqla yanaşı həm də yeniliyi tədbir etməyi bacarırlar. Dindar gənclərin fəalığı ümidləri də artırır, onlar nə həbsdən nə də ölümdən qorxmurlar, haqqı deməyi də bacarırlar.

islamtimes.org/az/ 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button