AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə “İran, Qafqaz və Anadoluda Mərsiyə şeri və məqtəl əsərləri” və “Azərbaycanın qəzəl ustadları Seyid Əbülqasim Nəbati və Seyid Əzim Şirvani” beynəlxalq konfransı keçiriləcək

Mühəqqiq Ərdəbili Universitetinin Mədəni Araşdırmalar Mərkəzinin direktoru mərsiyə şeri və məqtəl əsərləri ilə bağlı məhərrəm, ya səfər ayında beynəlxalq konfransın keçiriləcəyi barədə xəbər verib.

Qafqaz Mədəniyyət Mərkəzi – Mühəqqiq Ərdəbili Universitetinin Mədəni Araşdırmalar Mərkəzinin direktoru Həsən Əsədi mərsiyə şeri və məqtəl əsərləri ilə bağlı məhərrəm, ya səfər ayında beynəlxalq konfransın keçiriləcəyi barədə xəbər verərək deyib: “Ərdəbil əyalətinin İslamdan əvvəl və sonra İran tarixində mühüm siyasi və ictimai rolu olmuşdur. Ərdəbil Sasanilər dövründə Azərbaycanın siyasi və idarə mərkəzi olmuşdur. Belə ki, onun idarə dairəsi Dərbəndə qədər genişlənirdi.”Əsədi İslam dövründə siyasi hadisələrdə Ərdəbilin rolundan söz açaraq deyib: “Bu rolların ən önəmlisi təriqət sülaləsi təsis etmək, sonra Səfəvi imperiyasının əsasını qoyması olub.”

Mədəni Araşdırmalar Mərkəzinin direktoru əlavə edib: “Azərbaycan barədə təhqiqatlar sahəsində kitabxananın təsis edilməsi, Azərbaycan sənədlər mərkəzinin yaradılması, Azərbaycanla bağlı elmi dissertasiyaların dəstəklənməsi, Azərbaycana aid kitab və jurnalların nəşrinin dəstəklənməsi, Azərbaycanın yazıçı və mədəniyyət xadimlərinin dəstəklənməsi və təqdir olunması, Azərbaycan türk dilinin bu regionun əhalisinin kimllik komponentləri kimi qorunması, yaxınlaşma məqsədilə regionun türk dilli ölkələri ilə mədəni əməkdaşlıq Mədəni Araşdırmalar Mərkəzinin öhdəsinə aldığı vəzifələrdəndir.”

Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü mərkəz barədə açıqlamasının davamında deyib: “İran və Anadoluda qızılbaşlar beynəlxalq konfransı Türkiyənin akademik dairələrində çox geniş qarşılandı. Habelə, Səfəvilərə aid kitabxana bu mərkəzin həyata keçirdiyi işlərdən olmuşdur.”

Doktor Əsədi mərkəzin gələcəkdə keçirəcəyi proqramları izah etməklə yanaşı deyib: “Hal-hazırda mərkəz məhərrəm, ya səfər aylarında şer və ədəbiyyat sahəsində keçirilməsi nəzərdə tutulan “Mərsiyə şeri və məqtəl əsəri beynəlxalq konfransı” və “Azərbaycanın qəzəl ustadları Seyid Əbülqasim Nəbati və Seyid Əzim Şirvani” barədə geniş proqramların hazırlanması ilə məşğuldur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button