ArxivXəbər lentiXəbərlər

17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi

Vəkil: ”Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham aktını hökmə köçürüb”

İlahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin (“Nardaran işi-3) 12 ildən 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 6-da davam edib.

qafqaz.ir nur-az.com-a istinad xebere gore.Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Şəhla Hümbətovanın hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş cəzanın çəkilmə rejiminin ağırlaşdırılmasına dair qərardan verdiyi şikayətə baxılıb. Həmin qərar hökmdən sonra çıxarılıb. Hökmdə Z.Mikayılova verilmiş 17 illik cəzanın ciddi rejimli müəssisədə çəkməsi müəyyən edilib. Hökm çıxarılandan bir müddət sonra hökmə düzəliş barədə qərar çıxarıb, onun cəzasını xüsusi rejimdə cəkməsi nəzərdə tutulub.

Bu qərardan verilmiş şikayət müzakirə olunarkən vəkil Şəhla Hümbətova onun qanunsuz və əsassız olduğunu bildirib. Qeyd edib ki, hakimin sonradan hökmə belə bir dəyişiklik etmək səlahiyyəti yox idi. Müdafiəçi qərarın ləğv olunmasını xahiş edib.

Prokuror bu şikayətin təmin olunmamasını istəsə də, hakimlər qərarı ləğv ediblər.

Daha sonra vəkillər çıxış edərək, apelyasiya şikayətinin dəlilləri barədə danışıblar. Bildiriblər ki, təqsirləndirilən şəxslərin hamısı günahsızdır, onlara qarşı irəli sürülmüş dövlət çevrilişi, silah-sursat saxlama və s. ittihamlar saxtadır. Cinayət işindəki etiraf xarakterli ifadələrin təqsirləndirilən şəxslərdən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncə altında alındığını deyiblər.

Vəkil Zibeydə Sadıqova: “Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham aktını hökmə köçürüb. Hökmdə heç bir əsaslandırma yoxdur”.

Vəkillər evlərdən tapıldığı iddia olunan silahlar haqqında danışarkən bildiriblər ki, həmin silahları onları tapdığını deyən polislərin özləri qoyublar. Bildiriblər ki, polislər məhkəmədə də ziddiyyətli ifadələr veriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button