ArxivXəbər lentiXəbərlər

İŞİD rusdilli telekanal açdı

İŞİD terrorçuları postsovet məkanının rusdilli sakinləri üçün təbliğatı aktivləşdirərək rus dilində telekanal açıb. bu haqda  The Guardian yazır.

Qeyd olunur ki, son həftələrdə İŞİD-in rusdilli üzvləri bu qruplaşmanın sosial şəbəkələrdəki akkauntlarında yayımlanan Furat Media kanalında öz mesajlarını yayır.

Məhz Furat kanalında terrorçular Şimali Qafqazda nəzarətləri altında olan ərazinin yaradılması haqda elan ediblər.

2015-ci ilin aprel ayının sonunda Rusiya xarici işlər naziri Serqey Lavrov İŞİD-i Rusiyanın əsas düşməni adlandırıb. Onun sözlərinə görə, terrorçuların tərəfində “yüzlərlə Rusiya vətəndaşı” vuruşur.

Daha öncə isə Rusiya FTX direktorunun birinci müavini Serqey Smirnov bildirıb ki, İŞİD  başqa terror təşkilatlarına da təsir göstərməkdədir və “İmarat Qafqaz” qruplaşmasının çöl komandirləri artıq İŞİD-ə beyət etməyə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button