ArxivIslamXəbər lentiXəbərlər

1 dəqiqəlik moizə: Diqqət edin, bu, balaca məsələ deyil…

“Vətənində fəsad ola, zülm ola buna narahat olmayasan, sənin varlığınla yoxluğunun heç bir faydası yoxdur. Sən səcdəyə gedirsən, namaz qılırsan, bil ki, bu namazı kişilər qılıb; ənbiyalar, övliyalar qılıb, Allaha səcdə ediblər; haqq yolunda öldürülüblər. Nəyə görə? Durublar fəsadın, fitnənin, zülmün qarşısında öldürülüblər. Həzrəti Yəhyanı niyə öldürdülər? O həzrətin mübarək başını niyə kəsdilər? Allahın hökmü pozulurdu cəmiyyətdə, Allahın haramını halal etmək istəyirdilər. Həzrət Yəhya da buna etiraz etdi.

Bir şah idi, qardaşı qızı ilə evlənmək istəyirdi. Gözü düşmüşdü qardaşı qızına, onu almaq istəyirdi. Həzrəti Yəhya (ə) buna etiraz etdi, dedi bu evlilik olmaz, qəti haramdır (məhrəmlərlə evlilik). Həmən o qız, şaha dediki əgər məni almaq istəyirsənsə, Yəhya mənim abrımı apardı, onun başını kəsib gətirin bura. Şah da əmr etdi, Həzrəti Yəhyanın başını kəsdilər. Görürsüz? Diqqət edin, Allahın halal haramı zarafat deyil, bu balaca məsələ deyil. Peyğəmbər buna görə başını verməyə hazırdır.”

Hacı Abgül Süleymanovun moizələrindən götürülüb…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button