ArxivXəbər lentiXəbərlər

​İranda Aşıq Abbas Tufarqanlı beynəlxalq festivalı keçiriləcək

İranın paytaxtı Tehranda İran Aşıqlar Birliyinin mərkəzində Aşıq Abbas Tufarqanlı Beynəlxalq Festivalına hazırlıq iclası keçirilib.
“Report” “TRT-Azərbaycan”a istinadən xəbər verir ki, toplantıda tədbirlə bağlı mütəxəssislərin təklif və tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.
İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlıq prosesi başa çatandan sonra festivalın dəqiq tarixinin elan ediləcəyini bildirib.
Qeyd edək ki, Aşıq Abbas Tufarqanlı İranın Şərqi Azərbaycan əyalətinin Tufarqan, yəni indiki Azərşəhr bölgəsində anadan olub. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları – XVII əsrin əvvəllərində Azərbaycan toprağında yaşayıb-yaratmış görkəmli şair-aşıqlardandır. Onun adı ilə bağlı olan “Abbas və Gülgəz” dastanı Azərbaycan folklorunun qiymətli örnəklərindəndir.
Xatırladaq ki, İran Aşıqlar Birliyinin artıq www.ashiqlarbirliyi.ir saytı fəaliyyətə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button