ArxivIslamXəbər lentiXəbərlər

Əzadarlıq məraismlərinə dil uzadıb, inkar edənlərə Qurandan yarım əsrlik əzadarlıq nümunəsi

Quranda əzadarlıq mədəniyyəti.
 
 Qurani-kərim baxımından dünyasını dəyişən şəxsə, və ya öz yaxınlarını itirən şəxs ağlaya və ya kədərlənə bilər? Ümumiyyətlə İslamın əzadarlığa münasibəti necədir?
Uca Allah buyurur: “Biz sizi aclıq, qorxu,mal- dövlətlə, övladla, məhsul qıtlığı ilə imtahan edərik. (Ya peyğəmbər) Müjdə  ver o kəslərə ki, onlara bir müsibət baş verdikdə onlar deyərlər: Biz Allaha məxsusuq və ona tərəf qayıdarıq.” (“Bəqərə” surəsi, 155-156)
Ayədən məlum olur ki, müsibət  zamanı ağlamaq olar lakin, Allah bizə səbri tövsiyə edir.
Hz Yaqub (ə) oğlu Yusif (ə) üçün ağlaması: Hz Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyü üçün təxminən  40  il (bəzi mənbələrdə 70-80 il)  ağlayır. O qədər ağlayır ki, hər iki gözü kor olur. Quran buyurur:  “(Yaqub dedi) Heyif sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi) Allaha and olsun ki sən Yusif deyə-deyə  ya xəstələnib əldən düşəcək  ya da öləcəksən.” (“Yusif” surəsi,  84-85)
Hz Yaqub (ə) oğlu Yusifin sağ salamat olduğunu bildiyi halda gözləri kor olana qədər ağlayır. Hətta məsələ xəstəlik və ölüm həddinə qədər çatır. Yaqub (ə) oğlunun ölmədiyini bildiyi halda və bütün bunlara baxmayaraq,  bu qədər ağlayırsa biz niyə ağlamayaq? Başqa bir sözlə Quran bu işə icazə verdiyi halda, kimin nə ixtiyarı var ki, dünyasını dəyişənlərə ağlamağı qadağan etsin və bu işə mane olsun?
Bütün ilahi peyğəmbərlər bizlərə bir nümunədir. Elə isə bu mövzuda bizə nümunə olan Həzrəti Yaqubun (ə) oğluna uzun illər ağlamasını niyə bəziləri gözardı edir? Qurani-Kərim Həzrəti Yaqubun bu əməlini gətirməklə bu işi təsdiq edir və bütün müsəlmanlara bunu bir nümunə göstərir.
Əhli sünnə təfsirlərinə əsasən Həzrəti Yaqub 80 il Həzrəti Yusifə (ə) ağlayıb göz yaşı tökdü, matəm saxladı.
 
İbnul Covzi öz təfsirində “Yusif” surəsinin təfsirində yazır: Həsənul-Bəsri deyir: “Həzrəti Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyünə görə 80 il ona göz yaşı tökdü, qəmləndi. Həmin zamanda yer üzərində Allah yanında Həzrəti Yaqubdan (ə) daha əziz birisi yox idi.” (İbnul Covzi “Zədul Məsir fi ilmit-təfsir” səh. 713)
Digər bir təfsir sözügedən ayənin təfsirində yuxarıda qeyd olunan məsələləri qeyd etdikdən sonra yazır: “Bünyaminin xəbəri Həzrəti Yaquba çatdıqda (ə) uzaq Həzrəti Yaqubun (ə) dər qəmi daha da artdı. Bu minvalla onların qovuşması 80 il uzandı. Bu müddət ərzində Həzrəti Yaqubun gözünün yaşı qurumadı.” (Hafiz Bəğəvi  – “Məalimut-tənzil” c. 4, səh. 267)
Digər bir təfsir “Yusif” surəsinin 84-cü ayəsinin təfsirində yazır: “Həzrəti Yaqub (ə) oğlu Yusif (ə) üçün o qədər ağladı ki, gözlərinin hər ikisi ağardı.”  (“Ənvarut-tənzil, Əsrarut-təvil” c. 3, səh. 174)
Quran təfsirlərində qeyd olunan ayənin təfsirində  oxşar sözlər çoxdur. Məsələn, Həzrəti Yaqubun (ə) müsibətinin həddinin 70 oğlu ğlən ananın müsibəti həddində olması və Həzrəti Yaquba 100 şəhidin savabı verilməsi (Hafiz Bəğəvi  – “Məalimut-tənzil” c. 4, səh. 269), Yaqubun (ə) Həzrəti Yusif üçün çox üzülüb ağlaması (Şövkani “Fəthul-Qədir” 709 )
Bütün bunlarla yanaşı daha bir məqam vardır. Təfsiri Qurtubi “Yusif” surəsinin 84-cü ayəsindən Həzrəti Yaqubun (ə) ağlamasından danışarkən, deyir: “Ağlamaq, kədərlənmək qadağan deyil ki. Qadağan olunan budur ki, insan kədər ona üz verəndə paltarını cıra, hay-küy sala və bəyənilməyən sözlər deyə.” (“Təfsiri Qutubi” c. 11, səh. 432 )
Qurtubinin sözünüqüvvətləndirən bir hədisi də nəzərinizə çatdıraq. Bu hadisəni Tirmizi belə rəvayət edir: “Peyğəmbər (s) Əbdurrəhmanın əlindən tutub onunla birlikdə İbrahimin yastığına yaxınlaşdı.Onu qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdurrəhman: Siz ağlayırsız? Məgər siz bizə ağlamağı qadağan etmədiniz? Peyğəmbər (s): Xeyr! Mən sizi iki dəstənin, günahkar axmaq və səfehlerin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim. Çünki onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr edirlər.” (Tirmizi 4 c, s 226- cənaiz kitabı).
Quran ayələri və həmin ayələrin təfsirinə əsasən gördük ki, Həzrəti Yaqub (ə) 80 il oğlu Yusifə (ə) matəm saxladı. Deməli, əzadarlıq etməyin heç bir eybi yoxdur. Çünki bu işi bütün insanlığa nümunə şəxslərdən biri olan Həzrəti Yaqub (ə) etmişdir və Quran da onun  etdiyi bu əməli inkar etməmişdir. Əksinə onu bizə çatdırmaqla təsdiq etmişdir. Həzrəti Yaqubun 80 illik matəminə iradınız varmı? Əgər yoxdursa insanların matəm mərasimlərinə dil uzadaraq, onu din adına inkarçılıq mövqeyindən çıxış etməyin.
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button