Islam

“Əshəb”ə qarşı “Əbqə” buntu və zəlzələdən sonra “Süfyani” hərəkatının başlaması

Belə insidentlərin baş verdiyi dönəmdə “Ciyəryeyən” Hindinin oğlu üzə çıxacaq. Sonra Dəməşq şəhəri minbərində oturacaq. Belə olan halda İmam Mehdinin (ə.c.) zühurunu gözləyin.

Numani Müğeyrə bin Səid Həzrət Əbu-Cəfər imam Baqirə (ə)istinadən yazır ki, Əmir əl-möminin Əli (ə) buyurub: “Şamda (indiki Suriya) iki ordu münaqişə etdiyi zaman ilahi nişanə və əlamətlərdən biri üzə çıxacaqdır”. Soruşuldu: “Ey Əmir əl-möminin (ə)! O nişanə hansıdır?”.

Buyurdu: “Yüz mindən artıq nəfər Şam zəlzələsində həlak olacaq. Allah-Taala onu möminlər üçün rəhmət, kafirlər üçün isə əzab qərar verəcək. Zəlzələ baş verərkən süvarilərə baxın ki, ağ-qara və quyruğu kəsilmiş miniklərdə sarı bayraqlarla qərbdən Şama girməyə gəlirlər. Bu insident taqətsizlik, şiddətli nalə və qırmızı ölüm zamanı baş verəcək. Ondan sonra Dəməşqin “Hərəsta” (=Mərmərsa) kəndinin yerə batmağını gözləyin. Növbəti dəfə ciyəryeyən Hindinin oğlu (Süfyani) Dəməşq minbərində oturmaq üçün Yabis vadisində (= Horandan İordaniya və Fələstinə kimi uzanan susuz və otsuz dərə) bunt həyata keçirəcək. Belə olduğu halda Mehdinin (ə.c.) zühur və qiyamını gözləyin”.

“Əl-Bəda və ət-Tarix kitabında yazılır: “Hz Əli ibn Əbu Talibin (ə) proqnozlarından biri Şamdakı fitnələr barədədir ki, buyurub belə hadisələr baş verdiyi zaman ciyəryeyən Hindinin oğlu üzə çıxacaq, Dəməşq minbərini ələ keçirənə kimi mübarizə aparacaq. Belə olduğu zaman Mehdinin (ə.c.) zühurunu gözləyin.

İmam Mehdinin (ə) dostları fəslində, Numaninin “Əl-Ğeybə”, Əyyaşinin “Təfsiri-Əyyaşi” və digər mükəmməl mətni mənbələrin nəqlinə əsasən İmam Baqirdən (ə) qeyd edilən hədisdə – Süfyaninin hərəkatının əvvəllərində ardıcıl müəyyən hadisələr baş verəcək – həm də deyilir: “Ey Cabir! Sənə deyəcəyim nişanələri müşahidə edənədək yerində dur və əsla əl-ayaq tərpətmə! (və bir iş görmə); Dəməşqdə müşahidə etdiyin iğtişaşda Dəməşqin kəndlərindən birinin yerə batdığını, Dəməşq məscidinin bir hissəsinin uçduğunu nida etdiklərini görəcəksən… O zaman Şam əhli üç bayraq arasında fikir ayrılığına düşəcəklər. Əshəb, Əbqə və Süfyani”.

Muzir qəbiləsi, Bəni Zənbi-Himar tayfası ilə əlbirdir; Süfyani dayıları tərəfdən Kəlb qəbiləsindəndir. Süfyani və ardıcılları Bəni Zənbi-Himar tayfasına qarşı bunt həyata keçirəcəklər. O günədək görünməmiş bir döyüş həyata keçəcək. Sonra Bəni Zənbi-Himar tayfasından bir şəxs Şama gələcək. Onu və ardıcıllarını o zamanədək heç kəsin öldürülmədiyi formada öldürəcəklər.
Allahın buyurduğu ayənin mənası burda öz yerini tapır: “İnsan dəstələləri bir-birinin canına düşəcəklər. Vay olsun o böyük gündə o döyüşdə iştirak edən kafirlərin halına”.
Süfyani və qoşunu üzə çıxacaqlar və Ali – Məhəmmədi və ardıcıllarını qətlə yetirməkdən başqa bir hədəfləri yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button