ArxivIslamXəbər lentiXəbərlərXütbələr

Ərdoğan Tramp və Putinlə danışıb – TƏFƏRRÜAT

Türkiyə Prezidenti Ərdoğan ABŞ Prezidenti Trampla telefonda danışandan sonra Rusiya Prezidenti Putinlə də danışıb. Danışıqların ardınca Ağ Ev və Kremldən açıqlamalar gəlib
qafqaz.ir İslamazeri.com  istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Danışıqların ardınca Kreml və Ağ Evdən açıqlamalar gəliv.

Prezident Ərdoğanla Rusiya lideri Putinin G-20-də üz-üzə görüşmək qərarı aldığı öyrənilib.
Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə telefon danışığının ardınca Kremldən edilən açıqlamada “İki lider Suriyadakı son vəziyyəti danışıb”,- deyilib.

ABŞ Prezidenti Trampın Ərdoğanla danışığına dair açıqlama verən Ağ Ev iki liderin görüşündə Qətər böhranının necə həll ediləcəyinin danışıldığını bildirib.

Danışıqlar ərəfəsində AK Partiya sədrinin muavini və mətbuat katibi Mahir Ünal “Cənab sədrimiz (Prezident Ərdoğan – red.) Trampla baş tutacaq telefon danışığı üçün Mərkəz Qərar və İdarə Heyəti görüşümüzün sədrliyini cənab sədr vəkilimiz, baş nazirimiz cənab Binali Yıldırım bəyə həvalə edərək telefon danışığı üçün Külliyəyə keçib və Trampla baş tutan telefon danışığı başa çatıb”,- deyə danışmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button