ArxivXəbər lentiXəbərlər

Ərdoğan: İran qazından imtina etməyəcəyik

Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan qaz idxalını dayandırmaq fikrində deyil. FaktXəbər bildirir ki, bu barədə “Reuters” agentliyinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan danışıb.

“Barak Obamanın dövründə də İran qazı ilə bağlı oxşar vəziyyət idi. Əgər biz onu idxal etməsək, onda qışda xalqımızı nə ilə isidəcəyik? İndi biz qazın 50 faizini Rusiyadan alırıq, qalan həcmini isə Azərbaycan, İran, İraq, bəzən də Əlcəzairdən”,-deyə Ərdoğan əlavə edib.

Türkiyə prezidenti həmçinin deyib ki, ölkəsi yanacaq alınması məsələsində daxili tələbata uyğun fəaliyyət göstərəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button