ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbildə Qarabağ konfransına 4-cü hazırlıq toplantısı keçirildi: Araz tarixi həmrəylik və müqavimət mehvəri-Foto

“Araz tarixi həmrəylik və müqavimət mehvəri” mövzusu ilə Qarabağ konfransına 4-cü hazırlıq toplantısı Şeyx Səfiyəddin Ərdəbili kompleksində keçirildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, 31 dekabrda Şeyx Səfiyəddin Ərdəbili kompleksinin Xətai salonunda baş tutan toplantında Ərdəbil İslam Təbliğatı İdarəsinin müdiri höccətül-islam Cəfərzadə çıxış edərək, həzrət Fatimə Zəhranın (ə) şəhadət günləri və qəlblərin sərdarı Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə başsağlığı verib, Qasim Süleymanini İslam İnqilabının yetirməsi olaraq müqavimət mehvərinin əfsanəvi qəhrəmanı adlandırıb.

Cəfərzadə çıxışının davamında İrana qardaş və dost ölkə Azərbaycan Respublikasının Qarabağ müharibəsi şəhidlərinin pak ruhlarına salam göndərərək deyib: “Biz bütün ölkələrin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq, İslam ümmətinin taleyini bir-birindən ayrı bilmirik.”

İslam Təbliğatı İdarəsinin müdiri əlavə edib: “Cəmiyyətin mədəniyyəti onun təhlükəsizlyində təsirlidir. Ona görə  də İslam düşmənləri cəmiyyətin islami və dini kimliyini məhv etməyə səy edirlər.”

Höccətül-islam Cəfərzadə şəhid Qasim Süleymani ilə birlikdə Azərbaycan Respublikası şəhidlərinin, o cümlədən şəhid Polad Həşimovun adını çəkərək deyib: “Qarabağ şəhidləri şəhid Süleymaninin yolunu tutdular, Azərbaycan Respublikasının müsəlman xalqı özgələrdən və qərb ölkələrindən əlini üzərək özü ayağa qalxdı, Aşura mədəniyyəti və İmam Hüseyn (ə) məktəbindən örnək almaqla işğal edilmiş torpaqlarını azad etdilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button