ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbildə İranla Azərbaycanın birgə sənaye şəhərciyi yaratması hər iki ölkənin iqtisadi inkişafına təkan verəcək

Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye şəhərciyi yaratması iki qonşu və dost ölkənin iqtisadi inkişafına böyük təkan verəcək.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni deyib. Nazir Ərdəbil vilayətinin Parsabad qəsəbəsi yaxınlığında sənaye şəhərciyinin salınacağı əraziyə baxış keçirib. Bildirib ki, sənaye şəhərciyi həm iki ölkənin iqtisadi əlaqələrini artıracaq, həm də ayrılıqda ölkələrdə sosial vəziyyətin inkişafına təkan verəcək. Şəhərciyə müştərək sərmayələrin yatırılması da nəzərə tutulub ki, bunun da nəticəsində zavod və fabriklər inşa ediləcək. Burada istehsal olunan məhsullar ixrac edilməklə yanaşı, daxili bazarların tələbatını da ödəyəcək.

O deyib ki, sənaye şəhərciyinin Ərdəbilin Parsabad qəsəbəsi yaxınlığına tikilməsi təsadüfən seçilməyib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentindən olan dəmir yolu xətti məhz buradan keçəcək ki, bu da istehsal olunan malların ixracı üçün əlverişlidir.

Nazir qeyd edib ki, sənaye şəhərciyinin salınması və birgə sərmayənin yatırılması üçün İran və Azərbaycan böyük iqtisadi potensialı var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button