AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbildə 3400 şəhidin xatirəsinə həsr edilmiş milli konqres keçiriləcək

Ərdəbil əyalətinin 3400 şəhidinin xatirəsinə həsr edilmiş milli konqres keçiriləcək

 

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil fərmandarlığının səlahiyyətlərini icra edən Seyyid Məhəmməd Etimad Ecazi deyib: “Əyalətin uca məqamlı 3400 şəhidinin anılması istiqamətində milli konqresin keçirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Bu konqres yeni ildə Ərdəbildə möhtəşəm şəkildə keçiriləcək.”

O, milli konqresin koordinasiya qərargahının iclasında deyib: “Ölkənin bugünkü qüdrət və əzəməti şəhidlərin qanına borcludur və biz şəhidlərin qanını daha çox dəyərləndirməliyik.”

Şəhidlərin ismarışının xalqa minnətsiz xidmət etmək olduğunu bildirən Ecazi qeyd edib ki, biz şəhidlərin yolunu əməli şəkildə davam etdirməliyik və bu hərəkət xalqın məişət və iqtisadi problemlərinin həllində, habelə yoxsulluğun aradan qaldırılmasında təsirli ola bilər.

Onun sözlərinə görə, şəhidlərin anılması üçün milli konqresin keçirilməsi əslində, əyalətin ən böyük mədəniyyət manevridir, bu məsələ camiənin mədəniyyətinin yüksəlməsinə kömək edəcək.

Düşmənlərin mədəniyyət hücumlarına toxunan Ecazi deyib: “Düşmənlərin şər və məkirli planlarına qarşı mübarizə aparmaq, onları yumşaq müharibədə məğlub etmək üçün bugünkü nəslə, xüsusilə gənclərə şəhidlərin xatirəsini yad etmək, onların ideyalarını izah etmək zəruridir.”

Ərdəbil əyalətinin 3400 şəhidinin xatirəsinin anılması istiqamətində milli konqres Ərdəbil Əyaləti Həzrət Abbas (ə) Ordusunun təşəbbüsü və əyalətin bütün icra aparatları və mədəniyyət qurumlarının iştirakı ilə 1401-ci ildə (m. 2022) keçiriləcək.

Müqəddəs Müdafiə dövrünün 220.000 şəhidindən 3400 şəhidi və 10000 qazisi Ərdəbil əyalətinin payına düşür. Beləliklə, Ərdəbil əyaləti İran İslam Respublikasına ən çox şəhid təqdim etmiş üç əyalətdən biri sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button