AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbil möminləri Qədr gecəsində Qarabağın və islamçı məhbusların azad olunması üçün dua etdilər

Ərdəbildə birinci Qədr gecəsi əhalinin iştirakı ilə şəhərin böyük müsəllasında keçirildi.
Qafqaz Mədəniyyət Mərkəzi – Qədr gecəsi mərasimi məğrib və işa namazlarının Ayətullah Amilinin imamlığı ilə qılınmasında sonra gecənin ilk saatlarından başladı və sübhə kimi davam etdi.
Əhalinin geniş iştirakı ilə keçirilən mərasimdə müsəlla və ətraf küçə və xiyabanlar mömin insanlarla dolmuşdu.
Mərasimin natiqi həzrət Ayətullah Seyid Həsən Amili çıxışında Qarabağın ermənilər tərəfindən işğal edilməsinə də toxundu, Qarabağın azadlığını və ermənilərdən təmizlənməsini istədi.
Ayətullah Amili çıxışının davamında hicab qadağasına etiraz etdikləri üçün zindana salınmış ruhani və dindarlardan söz açdı və onların tezliklə azad olunalarını istədi.
Qeyd edək ki, Ramazan ayının başlaması ilə Azərbaycandan gəlmiş qonaqlar Ərdəbilin cümə namazlarında və Qədr gecələri mərəsimlərində iştirak edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button