AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil imamcüməsinin İran Teleradio Təşkilatının sədrinə təşəkkür müraciəti

Səhər TV, Xəbərlər- Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdəbilin imamcüməsi bir müraciətdə İmam Hüseyn(ə) Tasuası və Aşurası günləri xüsusiyyət təşkil etməklə məhərrəm ayı günlərinin əzadarlıq tədbirlərini əks etdirdiyinə görə, İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri mühəndis Zərqamiyə təşəkkür edib.
IRIB-nin məlumatına görə, bu müraciətdə deyilir:
Allah-Taalaya şükr edirik ki, Paklıq Əhli-Beyti(ə) nemətini bizə verib və onların heç zaman soyumayacaq və silinməyəcək məhəbbətini vurğunların qəlblərində əmanət qoyub.
Bu ilin məhərrəmi də Hüseyni şövqü və şüurunun mənəvi  ətrini yerə-göyə yaydı və Həzrət Seyyidulşuhəda(ə)-ın və onun vəfalı köməkçilərinin zülmlə mübarizə xatirəsi bəşəriyyətə yenidən şərəf bəxş etdi.
Ərdəbil ostanında da vilayət mehvərli, rəşadət simvolu- Hüseyn(ə) vurğunu olan əhalinin vurğunluğundan digər vəsfolunmaz və gözəl cilvələr özünü göstərdi və onun iri İmam Hüseyn(ə) Tasuası və Aşurası toplantısında qəhrəmancasına və əzəmətli iştirakı, düşmənlərin əsl Məhəmməd İslamına qarşı yayındırıcı və xəbiscəsinə hücumlarının özünün kulminasiya nöqtəsinə çatdığı bir dövranda, bu diyarın əhalisinin baxışının dərinliyini sübuta yetirdi.
Vilayət mehvərli, rəşadət simvolu- Hüseyn(ə) vurğunu olan əhalinin vurğunluğunun milli mediadan layiqincə və sənətkarcasına əks etdirilməsi şübhəsiz, bu iftixarlı və başıucalıq gətirən hadisənin ölkə və xarici dillərdə yayımlanan  kanallardan dünyanın müxtəlif nöqtələrində şəhidlər ağası və sərkərdəsinin vurğunları və bütün azadələr üçün layiqli surətdə və ustalıqla inikas etdirilməsi dəyərli bir işdir və onun iftixarını cənabınızın yüksək ciddi-cəhdi və idarəçiliyində və milli medianın işçilərinin zəhmətində tapmaq olar və bu, Allah-Taalanın sizlərə nəsib etdiyi ikiqat bir uğurdur.
((من لم یشکر المخلوق لم یشکر الخالق) (Mən ləm yəşkorel məxluq ləm yəşkorel xaleq)  ənənəsinə görə, özümə vacib bilirəm ki, ostanın xadimi olaraq, xüsusən ümumi elm mərkəzi kimi milli media vasitəsi ilə dini və məzhəbi amalların cəmiyyətdə yayılması və Aşura mədəniyyətinin yüksəldilməsində cənabınızın xüsusi diqqətinə görə təşəkkür edir və Allah-Taalanın dərgahından İslama və Müqəddəs İran İslam Respublikası Quruluşuna xidmət yolunda hamının müvəffəqiyyətini diləyirəm.
Seyid Həsən Amili
Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi,  Ərdəbilin imamcüməsi və ostanın şərəfli əhalisinin Rəhbərlik Xübreqanı Məclisindəki nümayəndəsi

– See more at: http://azeri.sahartv.ir/news/%C9%99rd%C9%99bil-imamc%C3%BCm%C9%99sinin-iran-teleradio-t%C9%99%C5%9

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button