AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Ərdəbil Fərhəngiyan Universitetinin müəllimi: Minsk qrupunun üzvləri Qarabağ münaqişəsini həll etmək istəmir

Minsk qrupuna üzv ölkələr, digər regional və transregional ölkələr Qarabağ müharibəsinin həll olmasını istəmirlər.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Fərhəngiyan Universitetinin müəllimi və Qafqaz məsələləri üzrə tədqiqatçı doktor Behnam Səhranəvərd dünən (çərşənbə axşamı) Ərdəbil Qafqaz Mədəniyyət Mərkəzində keçirilən “Tovuz döyüşlərinə diqqət etməklə, Qafqaz hadisələrinin araşdırılması haqda dəyirmi masa”da 12-14 iyulda Azərbaycan və Ermənistan arasında baş vermiş döyüşə toxunaraq deyib: “Azərbaycan və Ermənistan arasındakı problemlər ümumi olaraq Qarabağ münaqişəsi kimi tanınsa da, son döyüşlərin Qarabağ məntəqəsindən qıraqda baş verməsinin xüsusi mürəkkəbliyi vardır.”

Doktor Səhranəvərd əlavə edib ki, döyüş üçün bu məntəqənin seçilməsinin səbəbləri və buna bağlı digər məsələlər araşdırılmalı və bu haqda fikir mübadiləsi aparılmalıdır.

Qafqaz regionunun əhəmiyyəti və onun siyasi hadisələrinin region ölkələrinə təsirinə toxunan tədqiqatçı deyib: “Fikir mübadilələri bu hadisənin qaranlıq məsələlərini işıqlandıra bilər.

Belə nəzərə gəlir ki, Azərbaycan və Ermənistan arasında bu hadisələr mövcud olan dərin ixtialaflara görə, davam edəcək.”

Doktor Səhranəvərd Minsk qrupu, digər regional və trans-regional oyunçuların Qarabağ münaqişəsində rolu barədə deyib: “Minsk qrupuna üzv ölkələr, digər regional və trans-regional oyunçular bu böhranı həll etmək istəmirlər. Çünki öz maraqlarını onun davam etməsində görürlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button