AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil Elm və Texnologiya Parkının direktoru: Azərbaycan Respublikasında Ərdəbil texnoparkı yaradılacaq

Ərdəbil Əyaləti Elm və Texnologiya Parkının direktoru deyib: “Hal-hazırda Ərdəbil əyalətində 20 elmi-tədqiqat şirkəti fəaliyyət göstərir və 80 texnologiya birliyi də fəaliyyət üçün lisenziya növbəsindədir. Azərbaycan Respublikasında Ərdəbil texnoparkı yaradılacaq.”
Qafqaz Mədəniyyət Mərkəzi – Dövlət həftəsi münasibətilə mətbuat konfransı keçirən Əbdülqəyyum Qulipuri jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Ərdəbil Əyaləti Elm və Texnologiya Parkı yarandığı qısa zamanda bir çox vəzifələr həyata keçirmişdir. Əyalətdə texnologiya ekosistemi qurmağa çalışdıq. Hal-hazırda Ərdəbildə iki texnologiya və yaradıcılıq, üç inkişaf mərkəzi fəaliyyət göstərir. Bu istiqamətdə bir sıra toplantılar keçirilib, startaplar formalaşıb”.
Ə. Qulipuri əlavə edib: “Elmitutumlu şirkətləri tanıtmaq məqsədilə bölgələrdə bir sıra toplantılar təşkil edilib, beynəlxalq sərgilərdə fəal iştirak etmişik.”
Ərdəbil Əyaləti Elm və Texnologiya Parkının direktoru öz açıqlamasında deyib: “Ərdəbil texnoparkının Azərbaycan Respublikasında yaradılması bu qurumun mühüm layihələrindən biridir. Bu istiqamətdə 29 avqustda Azərbaycanın səfiri elmi heyətlə birlikdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olacaq. Ümid edirik ki, təqdim etdiyimiz sənədlər bu mövzuya aid müqavilənin bağlanmasına səbəb olacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button