AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbil əyalətinin hövzə və universitet tələbə bəsiclikləriNetanyahunun Bakıya səfəri ilə bağlı birgəbəyanat yayıb

Ərdəbil əyalətinin hövzə və universitet tələbə bəsiclikləriNetanyahunun Bakıya səfəri ilə bağlı birgəbəyanat yayıb
Amerika və onun əlaltılarının məğlub olmuş siyasətlərinin ardınca getmək Azərbaycan Respublikasının dövləti üçün zillət və tədrici çöküşdən başqa bir şey verməyəcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Qəsbkar rejimin baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərinə etiraz olaraq Ərdəbil əyalətinin hövzə Tələbə Bəsicliyi və universitet Tələbə Bəsicliyi birgə bəyanat yayıb. Bəyanatın bir hissəsində deyilir:
Son günlərdə KİVBenyamin Netanyahunun Azərbaycan Respublikasına səfər edəcəyi barədə məlumat yaymışdır. Fələstində, xüsusilə də Qəzzə və Livanda əli minlərlə günahsız insanın qanına batmış bu cəlladın Azərbaycan Respublikasına tamamilə məqsədyönlü səfəri İran İslam Respublikasının regionda gücünü zəiflətmək planını gerçəkləşdirmək istiqamətindədir.
Çox təəssüfedici haldır ki, Azərbaycan Respublikasının dövləti və İlham Əliyev artıq neçənci dəfədir ki, islamofibiya siyasətləri çərçivəsində sionist rejimindən qorxmuş, İsrail və Amerikaya xidmət göstərmək məqsədilə Azərbaycan Respublikası müsəlmanlarının əsas dəyərlərini, ulu ideya və istəklərini ayaq altına salmışdır.
2013-cü ildə (Eurovision müsabiqəsi çərçivəsində) qondarma İsrail rejimi və onun müttəfiqlərinin geniş maddi dəstəkləri ilə Bakıda homoseksulların paradının keçirilməsi bu ölkə xalqının və dünya müsəlmanlarının yaddaşından silinməyəcək və bu, Azərbaycan dövləti üçün bir ləkədir.
İraq və Suriyada müqavimət cəbhəsinin güclənməsi, xalqın və ordunun ardıcıl nəzərəçarpan qələbələrinin ardınca Qərbi Asiyada öz ümidini itirmiş qəsbkar sionist rejimi Azərbaycan Respublikasında özünü bərkitmək, Bakı dövləti ilə münasibətlərini genişləndirmək və hərbi bazalar yaratmaqla İran İslam Respublikasına qarşı təzyiqləri artırmaq və bu böyük ölkənin günbəgün artan qüdrətini zəiflətməyə cəhd edir.
Bəyanatı imzalayanlar:
Ərdəbil Əyalətinin Tələbə və Ruhani bəsicliyi
Ərdəbil Əllamə Təbatəbai Fərhəngiyan Universitetinin Tələbə Bəsicliyi
Ərdəbil Bintul-Huda Sədr Fərhəngiyan Universitetinin Tələbə Bəsicliyi
Nir Azadeqan Fərhəngiyan Ali Təlim İnstitutunun Tələbə Bəsicliyi
Nəmin Peyam-Nur Universitetinin Tələbə Bəsicliyi
Nir Peyam-Nur Universitetinin Tələbə Bəsicliyi
Rəzi Peyam-Nur Universitetinin Tələbə Bəsicliyi
Ərdəbil Razi Texniki Kollecinin Tələbə Bəsicliyi
Ərdəbil Fatimə (ə) Texniki Kollecinin Tələbə Bəsicliyi
Ərdəbil Nuvin Özəl Ali Təhsil Mərkəzinin Tələbə Bəsicliyi
Müqəddəs Ərdəbili Özəl Ali Təhsil Mərkəzinin Tələbə Bəsicliyi
Ərdəbil Əkinçilik Elmi-Praktiki İnstitutunun Tələbə Bəsicliyi
Nəmin Yeni Texnologiya İnstitutunun Tələbə Bəsicliyi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button