AktualAktualArxivXəbər lentiXəbərlər

Əmrbeməruf və nəhiəzmünkər ümumxalq öhdəliyi, ümumxalq nəzarətidir

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi cümə namazının birinci xütbəsində imam Hüseyn (ə)-n anadan olması münasibətilə demişdir: Belə günlərdə məsumlarla ən yaxşı əlaqə onların ruhi, mənəvi, etik və elmi xüsusiyyətlərilə uyğun olmaq üçün söz verməkdir. Ayətüllah Amili həzrətləri imam Hüseyn (ə)-n hərtərəfli şəxsiyyətə malik olduğuna işarə edərək bildirmişdir: O həzrətin Aşura hadisəsinin formalaşmasına səbəb olan qabarıq xüsusiyyətlərindən biri əmrbeməruf və nəhiəzmünkər mövzsuna həssas yanaşması idi. Belə ki, həzrət öz qiyamını onunla əsaslandırırdı. Əmrbeməruf və nəhiəzmünkər ümumxalq öhdəliyi, ümumxalq nəzarətidir. Kainatın qanunauyğunluğu da bunun üzərində qurulmuşdur. Bu prinsip həyata keçirilməzsə əzabın nazil olması, cəmiyyətin məhv və viran olamsı sözsüzdür. Əyalətin xibrələr məclisindəki nümayəndəsi cümə namazının ikinci xütbəsində pasdarları, pasdarlığı və pasdarlar gününü əzizləyərək demişdir: İmam Hüseynin milad günü ona görə pasdarların peşə bayramı edilmişdir ki, islami inqilab keşikçiləri də imam Hüseynin keşiyində olduğu həqiqətin keşiyində dururlar. O, canbazları və canbazlıq rütbəsini əzizləyərək imam Xumeynidən nəqlən demişdir: Canbazlar bədən qalıqları torpaq dünyasında qalan şəhidlərdir. O, habelə canbazların həyat yoldaşlarını da əzizləmişdir. Vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi xütbənin digər bir hissəsində ötən həftə sərhədlərimizdən görüş keçirdiyinə işarə edərək sərhədçiliyin müqəddəs olduğuna işarə etmiş, bütün sərhədyanı sakinlərdən istəmişdir ki, vacib bir iş olaraq sərhədçilərimizlə əməkdaşlıq etsinlər və ayıqlıqları ilə sərhəd cinayətkarlarını məyus etsinlər. O, məktəb tikdirən xeyriyyəçilərə də ötən cüməaxşamı günü iclasında 11.5 milyard tümən boyunlarına götürdüklərinə görə öz təşəkkürünü bildirmişdir. Əyalətin ümumxalq mədəniyyət şorasının sədri yataqxanalar həftəsi münasibətilə xeyriyyəçilərdən istəmişdir ki, universitetdən pulsuz torpaq alıb əyalətin yataqxanaya olan tələbatını təmin etsinlər və özlərinə layiq qeyrət nümayiş etdirməklə gənclərin yetirilməsi üçün uyğun şərait yaratsınlar. Ərdəbil imamcüməsi yekun olaraq Riyazda keçirilən Yəmənin xəlası konfransına işarə edərək demişdir: Bu konfransda Ərəbistan Amerikanın istəyinə əsasən federal regionların təşkili, Yəmənin parçalanması və bu ölkənin ən böyük əyaləti olan Həzərmövtün ayırılması üçün Yəmənə hücumunu əsaslandırmışdır. O, on min nəfər yəmənlinin ölüb yaralanmasında Amerikanı əsl günahkar hesab edərək demişdir: Bu düşünülməmiş hücum əslində məğlubiyyətə uğramalı idi. Nəticə etibarı ilə isə cinayətkarların hədəflərinə zidd bir intihar aksiyasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button