ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əmir-Abdullahiyan: Bunu kağız üzərində deyil əməldə göstərsinlər

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ABŞ tərəfindən bəzi sanksiyaların ləğvinə münasibət bildirib.

İranın XİN başçısı deyib: “Bəzi sanksiyaların ləğvi həqiqi mənada xoş niyyətli olmağın əlaməti ola bilər. Amerikalılar bunu dildə deyirlər, amma bilmək lazımdır ki, kağız üzərində yazılanlar kifayət etmir”.

Əmir-Abdullahiyan yeni qərarın kafi olmadığını, qəraraların əməldə göstərilməsini istəyib.

“Biz bəzi vasitələrlə amerikalılara mesajlarımızı çatdırmışıq ki, xoş niyyətli olduqlarını göstərmək istəyirlərsə əməldə görünməlidir. Əməldə xoş niyyətli olmaq o deməkdir ki, qərarların təsirini görüb ləms etməliyik”, deyə İran XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, Co Bayden Administrasiyası Donald Trampın prezidentliyi dövründə İrana tətbiq edilmiş sanksiyaların bir neçəsini dayandırıb. Məlumata görə bu güzəştlərlə bağlı qərar xarici şirkətlərə icazə verir ki, İranın Buşehr nüvə stansiyasında, Ərakda yerləşən “Ağır Su” təsisatında və Tehranın tədqiat reaktorunun dinc nüvə fəaliyyətlərində işləyə bilsinlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button