ArxivXəbər lentiXəbərlər

Əlixan Musayev Qarabağ uğrunda döyüşənləri təhqir edib

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Avrasiya.net-ə müraciət edərək onun Əlixan Musayev tərəfindən ölümlə hədələndiyini bildirib.

İslaminsesi bildirir ki, Əkrəm Həsənov yazır:

Azərbaycanlı radikalların lideri kimi tanınmış Əlixan Musayev bu gün mənə watsapla mesaj göndərdi məni hədələdi ki, səninlə başqa cür nəsihət etmək lazımdır, onun da vaxtı var və yaxında görəcəksən.

Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, həyatım təhlükədədir və buna qarşı tədbir görəsiniz. Mən ailəliyəm və iki qızım var. Radikal lider məni ölümlə hədələyir. Başıma bir hadisə gəlsə, ailəmə kim baxacaq.

Onuda qed edim ki, mən və Azərbaycanda tanınmış din alimləri, İlqar İsmayılzadə (ilahiyyat elmləri doktoru), Samid Quliyev (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu), Əli Rzazadə (ilahiyyatçı, yazar), Atif İsmayılov (İlahiyyatçı), İlkin Qayıbov (İlahiyyatçı, məscid imamı) Əlixan Musayevin Suriyada cihadla bağlı səs yazısına “UNİKAL” gündəlik onlayn qəzetində bəyanatımız yayınlanmışdı.

(http://unikal.org/manshet/manset4/14782-lahiyatchilardan-elixan-musayevle-bagli-sert-beyanat.html)

Bildirdim ki, hazırda əsas diqqətimiz erməni-müsəlman davasına qarışıb, vətənpərvərliyi tərənnüm edən mövzular yazırıq. Əlixan Musayev isə öz müsəlman qardaşlarının əleyhinə təbliğat aparır. Belə deyəndə o götürüb saytda gedən bəyanatımızın surətini göndərdi və dedi ki, ermənilərin şəkli buradadır. Hansı ki, oradakı şəkil dövlətimizi dəstəkləyən biz ilahiyyatçıların şəkli idi. Bizə yönəlik bu təhqirlə bağlı olaraq müvafiq qurumlardan həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edirik. Bu şəxs Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənləri erməni hesab edir. Ona görə də onun barəsində ciddi tədbirlər görülməlidir. Bu insan getdikcə daha da radikallaşır. Bu insan tək məni yox, bütün ilahiyyatçıları, həmvətənlərimizi, Qarabağ uğrunda döyüşən insanlarımızı təhqir edib. Buna hüquqi qiymət verilməlidir”.

Əlixan Musayev məni və bəyanat verən din alimlərini erməni adlandırmış və narahat edici mesajlar göndərməyə davam edir.Telefon nömrəmi hardan əldə etdiyinidə bilmirəm.

Sizdən xahiş edirəm ki,bu məsələ ilə bağlı müraciətimi dərc edəsiniz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button