ArxivNardaranXəbər lentiXəbərlər

“Əlimdə avtomat niyə dayanmışdım, kino çəkdirirdik?”

“Nardaran işi” məhkəməsində təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillərin bir neçəsinin barəsində Vəkillər Kollegiyasına müraciət olunacaq. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin işə baxan hakim Əlövsət Abbasov məlumat verib.

Bu iş üzrə avqustun 25-də keçirilən məhkəmə iclasına vəkillərin bir neçəsi qatılmamışdı. Hakim bildirib ki, müdafiəçilərə prosesdə iştirakla əlaqədar dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb.

“Ona görə də Vəkillər Kollegiyasına müraciət edəcəyəm ki, tədbir görülsün və bu məsələ həllini tapsın. Vəkillər olmadan proses keçirmək olmaz”, – hakim bildirib.

Bugünkü məhkəmə iclasında ötən il noyabrın 26-da Nardaran əməliyyatında iştirak edən polislərdən biri olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşı Elçin Tağıyevin dindirilməsi davam etdirilməli idi. O, ötən məhkəmə iclasında ifadə verərkən demişdi ki, təqsirləndirilən şəxslərdən Abbas Hüseynovu özü saxlayıb, həmin vaxt Abbasın əlində silah olub.

Bugünkü məhkəmə iclasında Abbas Hüseynov polisin dediklərinə münasibət bildirib. Qeyd edib ki, saxlanılarkən əlində silah olmayıb: “Bu adam deyir ki, mən guya, həyətə girəndə iki evin ortasında, qapı ilə üzbəüz əlimdə silah dayanmışam, güllə atmışam, üzbəüzdə də qara maskalılar. Necə oldu, nə mənim atdığım 25 güllə onlara dəydi, nə də onların atdığı güllələr mənə dəydi? Bu, başdan-ayağa fantaziyadı. Əlimdə avtomat niyə dayanmışdım, kino çəkdirirdik? Bu qədər yalan olmaz axı…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button