AktualArxivXəbər lentiXəbərlər

Əli Kərimlinin atəşkəslə bağlı dedikləri…

Əli Kərimli: Atəşkəs razılaşması ilə Moskva dünyaya açıq bir mesaj göndərdi ki, Cənubi Qafqazdakı müharibə və sülh mövzusunda son söz Rusiyaya məxsusdur.

Əli Kərimli Facebook səhifəsində yazıb:

Rusiyada bu ölkənin təşəbbüsü və təkidi ilə əldə edilən atəşkəs razılaşması atəşkəslə bağlı Azərbaycanın maraqlarını və şərtlərini nəzərə almadan imzalanmışdır. Xalqımızın bu razılaşmadan narazı qaldığı faktdır və təbiidir. Atəşkəs razılaşmasından cəmi 5 gün öncə İlham Əliyev tərəfindən atəşkəslə bağlı aşağıdakı şərtlər irəli sürülmüşdü:

Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır;

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır;

Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağın cədvəlini təqdim etməlidir;

Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və s.

Moskvada imzalanmış atəşkəs razılaşmasında bu tələblərin heç biri nəzərə alınmamışdır.

Savaş günlərində müxalifət olaraq, birmənalı şəkildə dövlətimizin, ordumuzun yanında olduq. Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələri yumruq kimi birləşdi. Əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Ordumuzun qüdrəti dostları sevindirdi, düşməni qorxuya saldı.

Moskvada Rusiyanın təkidi və təzyiqi ilə əldə olunan yeni atəşkəs razılaşması onun regiondakı mövqeyini daha da gücləndirdi. Rusiya Ermənistanda laxlamış mövqelərini bərkitdi, Azərbaycan üzərində nüfuzunu daha da artırdı, dünyaya açıq mesaj verdi ki, Cənubi Qafqazda müharibə və sülh mövzusunda son söz ona aiddir. Ermənistan öz suverenliyindən bir az da vaz keçməklə, işğal etdiyi Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsini işğalda saxlamağa nail oldu, Azərbaycan ordusu qarşısında labüd olan daha böyük məğlubiyyətdən canını ən azı bir müddət qurtarmıs oldu.

Azərbaycan hakimiyyəti xalqımızın həssasiyətini nəzərə almalıdır. Başa düşməlidir ki, 13 günlük savaş dönəmində hiss etdiyi ümumxalq dəstəyi şərtli dəstək idi. Xalqımız konkret siyasi qüvvəyə deyil, torpaqların azad edilməsinə dəstək vermişdir. Azərbaycanın maraqlarını nəzərə almayan, torpaqlarımızin işgalının davam etməsinə zəmin yaradan, Azərbaycanı konkret bir xarici dövlətdən asılı vəziyyətə salan siyasətə isə xalq dəstəyindən heç bir söhbət gedə bilməz. Xalqı eşitmək və xalqa arxalanmaq lazımdır.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button