ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əhli-beyt (ə) məddahı saxlanıldı

Bir neçə gündür yoxa çıxan Əhli-beyt (ə) məddahı Səlimov Rafael İlham oğlundan xəbər var.

 

Rakurs.tv-yə saxlanılan Rəfael Səlimovun yaxınlarının verdiyi məlumata görə, üç gün öncədən haqqında heç bir xəbər olmayan məddah hal-hazırda kürdəxana təcridxanasındadır.

Yaxınlarının bildirdiyinə görə, məddah Aşura günündə oxuduğu mərsiyə və şüarlar səbəbindən saxlanılıb.

“Ona qarşı narkotik ittihamı ilə cinayət işi açıblar. Rəfael kimi bir şəxsin belə bir şeydə ittiham olunması sadəcə böhtandır”, – deyə yaxınları diqqətə çatdırıblar.
Xatırladaq ki, ölkədə bundan öncə də dini zəmində təzyiqlər səbəbindən inanclıların narkotik maddə ilə ittiham edilmələri halları qeydə alınmışdı.

 

Rəfael Səlimovun də bu qəbildən aparılan işlər nəticəsində saxlanıldığı istisna olunmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button